Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Tərəflərin qarşılıqlı 'hərbi cinayət' iddiaları


Azərbaycan müharibə cinayətləri ittihamı ilə Ermənistana iddia qaldıra bilərmi?
Gözlə

No media source currently available

0:00 0:10:04 0:00

Azərbaycan müharibə cinayətləri ittihamı ilə Ermənistana iddia qaldıra bilərmi?

Oktyabrın 27-də Qarabağda müharibənin yenidən alovlanmasından bir ay ötür.

Bugünə olan rəsmi məlumata görə ötən bir ayda 70-ə yaxın mülki şəxs ölüb, 320-dən çoxu yaralanıb.

Teymur Sərkərov Gəncəyə raket hücumu nəticəsində yaxınlarını itirənlərdən biridir. Oktyabrın 17-nə keçən gecə Gəncəyə atılan raket nəticəsində o 5 yaxınını itirib:

“Dağıntılar altından çıxarılanları aparmışdılar xəstəxanaya. Biz də öz yaxınlarımızı tapa bilməyəndə getdik xəstəxanaya. Morqa apardılar bizi dedik “hə bunlar bizimkilərdir”.

Respublika Baş prokuroru Kamran Əliyev elə Gəncədə hadisə yerində olarkən, jurnalistlərə bildirmişdi ki, mülki şəxslərin öldürülməsi və digər hallarla bağlı bütün sübutlar toplanır:

“Biz Ermənistan siyasi rəhbərliyinin beynəlxalq hüquq normaları çərçivəsində cinayət məsuliyyətinə cəlb olunması üçün bütün sübutları toplayırıq. Həm siyasi, həm cinayət məsuliyyətinə cəlb edilməsi üçün əlimizdən gələn bütün daxili və beynəlxalq mexanizmlərdən istifadə edəcəyik”.

Evi mərmi ilə dağıdılan vətəndaş Avropa məhkəməsinə necə müraciət etsin?
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

Human Right Watch videoçarx hazırlayıb

Vəkil Fuad Ağayev bildirir ki, mülki şəxslərin hədəfə alınması, raket hücumlarının edilməsi Avropa İnsan Haqları Konvensiyasının bir neçə maddəsinin kobud pozuntusudur.

Onun fikrincə, maddi sübutlar toplanandan sonra Konvensiyanın yaşamaq, pis rəftəra məruzqalmama, ailə, şəxsi həyat, mənzilə hörmət, mülkiyyət və digər hüquqların kütləvi pozuntusu ilə bağlı müraciət oluna bilər:

“Mülki obyektlərin, döyüş zonasından xeyli uzaqda yerləşən şəhər və kəndlərin, yaşayış məntəqələrinin raketlərlə və digər formada bombalanmasını təsbit edəcək yetərli qədər sübutlar var. O cümlədən obyektiv maddi sübutlar, video materiallar mövcuddur. Bütün bu sübutlar qruplaşdırılmalı, ümumiləşdirilməli və Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycan Respublikası adından Ermənistana qarşı, dövlətin dövlətə qarşı şikayəti kimi göndərilməlidir”.

Human Right Watch təşkilatı Avropada müharibə cinayətlərinin mühakiməsi üzrə də çalışır və öz işindən bəhs edən maarifləndirici bir videoçarx hazırlayıb.

Həmin videoda bu təşkilatın Beynəlxalq Ədalət Proqramının icraçı direktoru Balkees Jarrah bildirir müharibə cinayətlərinin beynəlxalq tirubunaya çıxarılmasının prespektivləri var:

“Bəzən belə bir qorxu var ki, bu cür cinayətlərdə heç vaxt ədalət bərpa olunmur. Amma fakt odur ki, beynəlxaq hüquq bu cür halların araşdırılmasına hazırdır”.

Hüquqşünas Fuad Ağayev hesab edir ki, Azərbaycanda zərərçəkənlər fərdi qaydada Avropa məhkəməsinə üz tuta bilərlər. Lakin onun fikrincə, ən doğru yol Azərbaycan respublikasının dövlət olaraq Ermənistana qarşı müharibə cinayəti ittihamı ilə iddia qaldırması olardı.

Cəbhədə ziyan çəkən mülki vətəndaşlar Avropa Məhkəməsinə hansı sənədləri toplasın?
Gözlə

No media source currently available

0:00 0:09:50 0:00

Yerevanın ittihamları

Ermənistan tərəfi isə mülki vətəndaşların öldürülməsinə görə Azərbaycanı ittiham edir.

Sentyabrın 29-da Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı müharibənin dayandırılması haqda ərizəsi üzrə qərar verib.

Həmin qərarda Avropa Məhkəməsi həm Ermənistanı və həm də Azərbaycanı mülki əhalinin Konvensiya hüquqlarının pozulmasına gətirib çıxara biləcək tədbirlərdən çəkinməyə dəvət edir.

Amma rəsmi Bakı dəfələrlə bəyan edib ki, dinc əhaliyə qarşı silah işlətmir, yalnız hərbi obyektləri hədəf alır. Elə bu günlərdə Azərbaycanın Müdafiə Nazirliyi işğal altında olan Qarabağ torpaqlarında dinc əhaliyə müraciət edərək, hərbi oyektlərdən kənar durmağa çağırıb.

Son anda

Oktyabrın 27-də axşam Avropa İnsan Haqları Məhkəməsindən (AİHM) verilən məlumatda deyilir ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan Respublikasına qarşı rəsmi şikayətini alıb.

Məlumatda bildirilir ki, Azərbaycan Məhkəmədən Ermənistandan aşağıdakı tələbləri etməsini rica edir:

Öz ərazisindən və Azərbaycanın işğal altında olan ərazilərindən Azərbaycandakı yaşayış zonalarının, ictimai yerlərin, qəbirstanlıqların və başqa mülki infrastrukturun top və raket atəşinə tutulmasının dayandırılması;

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki “kriminal hakimiyyətə” hərbi, siyasi, maliyyə və başqa dəstəyin dayandırılması;

Silahlı qüvvələrinin, hərbi avadanlığın və “könüllülərin” - əslində isə muzdluların Azərbaycanın suveren ərazisinə göndərilməsinin, habelə öz vətəndaşlarının və xarici vətəndaşların Azərbaycan ərazisinə dəvət edilməsinin dayandırılması;

Öz silahlı qüvvələrini və Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş yaraqlılarının çıxarılması;

Azərbaycan Respublikası və onun vətəndaşlarına qarşı nifrət siyasəti yürüdülməsinin dayandırılması.

AİHM bildirir ki, Azərbaycanın ərizəsi (Azerbaijan v. Armenia) 47319/20 nömrəsi ilə qeydiyyata alınmışdır və tezliklə nəzərdən keçiriləcəkdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG