Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 05:25

AİHM Dağlıq Qarabağla əlaqədar Türkiyənin adı çəkilən qərarını dəyişmədi


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabrın 6-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikinci dəfə qəbul etdiyi qərarda Məhkəmə Qaydalarının 39-cu qaydasının tətbiq olunacağını bildirmişdi.

Bu qərarda bu münaqişə ilə, Türkiyə də daxil birbaşa və ya dolayısı ilə bağlılığı olan bütün dövlətlərə İnsan Haqları Konvensiyası müddəalarının pozulmasına səbəb olacaq hərəkətlərdən çəkinmək çağırışı edilirdi.

Türkiyə oktyabrın 7-də Məhkəmədən öz qərarına və 39-cu qaydanın nəzərdə tutduğu keçid tədbirinə yenidən baxılmasını istəmişdi.

Ankara bildirirdi ki, məhkəmə qərarı birbaşa Türkiyəyə qarşı yönəlib.

Qərar təkcə Türkiyəyə aid deyil

AİHM isə bildirib ki, 39-cu qaydanın nəzərdə tutduğu keçid təbdir yalnız insan haqları üçün birbaşa risk olduğu hallarda təcili qaydada tətbiq edilir.

Məhkəmə qərarında bu da deyilir ki, tədbir sırf keçid xarakteri daşıyır və bəri başdan heç bir son nəticələri nəzərdə tutmur.

AİHM bir daha vurğulayıb ki, qərar xüsusi olaraq Türkiyəyə yox, münaqişə ilə bağlı bütün dövlətlərə ünvanlanıb.

Qərarda deyilir ki, məhkəmə Türkiyə hökumətinin iradlarını nəzərdən keçirdikdən və münaqişənin ciddiliyini bir daha nəzərə aldıqdan sonra keçid tədbiri barədə ilkin qərarının dəyişdirilməsi üçün heç bir əsas tapmayıb.

XS
SM
MD
LG