Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:16

Hələlik yalnız 144 vərəsəyə müavinət veriləcək


Əsgər analarına yenə eyni vəd verildi: "Məsələniz araşdırılacaq"
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Əsgər analarına yenə eyni vəd verildi: "Məsələniz araşdırılacaq"

Qarabağ uğurunda döyüşlərdə həlak olan insanların vərəsələrindən 144 nəfərə birdəfəlik müavinət veriləcək.

Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində noyabrın 2-də keçirilmiş toplantıda məlumat verilib.

Nazirlik bununla bağlı öz saytında məlumat yayıb. Orada bildirir ki, prezidentin «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» fərmanının icrası müzakirə edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev toplantıda deyib ki, sözügedən fərmanın icrası vətəndaş məmnunluğuna səbəb ola bilən səviyyədə təşkil olunub.

«İlkin mərhələ kimi vərəsələrdən 114 şəhid hərbi qulluqçu üzrə 144 nəfər vərəsənin sənədlərinin qaydasında olduğu nəzərə alınmaqla, onlara birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul olunub. Onlara birdəfəlik ödəmənin edilməsi üçün Maliyyə Nazirliyinə müraciət olunub. Qısa zamanda 144 vərəsənin bank hesablarına vəsaitin (11 min manat) köçürülməsi təmin ediləcək», - nazir bildirib.

O, məlumat verib ki, hazırda nazirlikdə digər vərəsələr üzrə də notariat kontorlarının göndərdiyi sənədlərin araşdırılması və təhlili işləri davam etdirilir.

Fərmanın 8 min 800 şəxsə şamil ediləcəyi gözlənirdi, amma…

Prezident İlham Əliyevin məlum fərmanından az sonra o vaxt rəsmi qurumlardan bildirmişdilər ki, ilk informasiyaya görə, bu, təqribən 8 min 800 nəfərə şamil ediləcək.

Həmin vaxt yerli kütləvi informasiya vasitələri (KİV) də bu rəqəmin yer aldığı müxtəlif məlumatlar dərc etmişdilər.

Xatırlatma

Prezident İ.Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Amma bundan sonra bəzi ailələrin narazılığı eşidilməyə başlayıb.

Prezident Administrasiyası və bir sıra başqa dövlət qurumlarının qarşısına toplaşan həmin insanların demələrinə görə, həlak olan yaxınlarının soyadını, adını, atasının adını uyğun sayta daxil edəndə sığorta ödənişinin həyata keçirildiyi barədə informasiya ilə qarşılaşırlar.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də məsələyə münasibət bildirib. Şirkət yaydığı açıqlamada həmin ailələrin səsləndirdiyi iddianın doğru olmadığını vurğulayıb: «1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. Həmin dövrdə «Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında» Qanuna əsasən, varislərə 50000 – 200000 manat məbləğində sığorta ödənişi həyata keçirilib...».

Bir sıra ekspertlər isə deyirlər ki, şirkətin dediyi vaxt 50 min manat indiki kursla 20 dollardan belə azdır. Onlar vurğulayırlar ki, prezidentin fərmanında isə 11 min manat ödəmədən söhbət gedir. Həmin ekspertlərin fikrincə, ən pis halda indiki kursla həmin məbləğin qalan hissəsi ödənilməlidir.

XS
SM
MD
LG