Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:38

Aclıq edən məhbuslardan birinin 'kars'a salındığı bildirilir


Həbsxanalarda rüşvət iddiası: Keçmiş məhbuslar durumu danışır
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Həbsxanalarda rüşvət iddiası: Keçmiş məhbuslar durumu danışır

Mayın əvvəlində Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində dörd gün aclıq aksiyası keçirdikləri deyilən məhkumlardan biri -Vəli Allahverdiyevin iki aylıq cərimə otağına salındığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun anası Telnaz Allahverdiyeva məlumat verib. Onun sözlərinə görə, V.Allahverdiyev mayın 13-də koronavirusa yoluxma şübhəsi ilə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılıb, bir həftə sonra isə 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb: "Karatin bitəndən sonra "zon"a buraxılmalı idi. Amma onu iki aylıq cərimə kamerasına salıblar. Nə var, nə var rəhbərlikdən azan verilməsi üçün mikrofon istəyib. Ona "sənin sifarişinlədir?" deyib "kars"a salıblar. Üstəlik də, deyiblər ki, Qobustan həbsxanasına göndərəcəklər. Mənim oğlum nə edib ki, onu belə cəzalandırsınlar?".

T.Allahverdiyevanın sözlərinə görə, mayın 13-də oğlunun Müalicə Müəssisəsinə aparılması da şübhəlidir: "Qızdırması da yox idi heç. Amma aparıb bir neçə gün sonra başqa "kolon"a köçürüblər".

Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Mayın 12-də 6 saylı Cəzaçəkmə Müəssisəsində bir neçə məhbusun aclıq aksiyası keçirdiyi barədə xəbərlər yayılıb. Hüquq müdafiəçilərinin sözlərinə görə, məhbuslar cəzaçəkmə müəssisəsində baha qiymətlərə, yeməyin keyfiyyətinə, rüşvət tələblərinə etiraz ediblər. Həmçinin deyirlər ki, koronavirus pandemiyasına görə bir çox məhbuslar yaxınlarından bağlamaları poçtla alırlar, amma cəzaçəkmə müəssisəsi poçt göndərişlərinə də qadağa qoyub.

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyilənləri təkzib etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG