Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 17:08

Hüseyn Abdullayev saxlanıb


H.Abdullayev

Vəkil Ruhid Əkbərov Hüseyn Abdullayevlə görüşüb

«Hüseyn Abdullayevin səhhəti normaldır, səhhəti ilə bağlı heç bir problemi yoxdur».

Bunu «Turan» agentliyinə vəkil Ruhid Əkbərov bildirib. Onun deməsinə görə, artıq H.Abdullayevin vəkilləri ilə görüşü təmin olunub.

«Hazırda vergi cinayəti ilə bağlı qaldırılmış cinayət işi üzrə istintaq davam etdirilir», - Əkbərov vurğulayıb.

Vəkil H.Abdullayevin Türkiyədə hansı şəraitdə saxlanması ilə bağlı suala isə aydın cavab verməyib.

«Çox təəssüf ki, onu mən özüm də bilmirəm. O bizim ölkədən kənarda baş verən bir hadisədir. Faktiki olaraq Hüseyn Abdullayev bu dəqiqə Azərbaycandadır», - vəkil deyib.

«Hüseyn Abdullayev Almaniyadan sığınacaq aldığını açıqlamışdı. Onun saxlanılması ilə bağlı Almaniya səfirliyi məlumatlandırılıb?» sualının cavabında vəkil deyib ki, bu barədə məlumatlı deyil.

«Mən vəkiləm. Ancaq onun hüquqi məsələləri ilə məşğulam. Yəni bunun siyasi tərəfi, özünün mövqeyi, statusu, yaxud da digər məsələlər mənim səlahiyyətlərimə aid deyil. Çox təəssüf. Yəni o barədə məlumatlı deyiləm», - o qeyd edib.

Vəkil sonda da vurğulayıb ki, onun özü də H.Abdullayevlə görüşüb.

H.Abdullayev
H.Abdullayev

Hüseyn Abdullayevin saxlanıb Azərbaycana gətirildiyi deyilir

Keçmiş deputat Hüseyn Abdullayevin xaricdə tutularaq Azərbaycana gətirildiyi bildirilir.

APA-nın məlumatına görə, H.Abdullayev «İnterpol» xətti ilə Türkiyədə saxlanıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib.

Azərbaycana gətirilən H.Abdullayevin Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verildiyi və hazırda onun ifadəsinin alındığı bildirilir.

***Buna da bax-Hüseyn Abdullayev: 'Despot klan böhtan kampaniyası aparır'

Xəbərdə vurğulanır ki, Daxili İşlər Nazirliyindən də H.Abdullayevin Türkiyədə tutularaq Azərbaycana gətirilməsi təsdiqlənib.

2012-ci ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlandığı bildirilir. Onun barəsində dövlətlərarası axtarış elan edildiyi deyilir.

Xatırlatma

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı deputat Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında fiziki qarşıdurma olub.

***Buna da bax-Hüseyn Abdullayev musiqili müxalifət yaradır

Həmin iclasda H.Abdullayev demişdi ki, «nə vaxta qədər bizi təhqir edəcəklər? Hətta sorğularımıza da cavab vermirlər».

Deputat həmkarı F.Ağamalı ona «otur aşağı» deyəndən sonra hər iki deputat əlbəyaxa olmuşdular. Bundan sonra H.Abdullayevin mandatı əlindən alınmış, sonra isə həbs olunmuşdu.

Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alın keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə də qatılsa da, namizədliyi qeydə alınmayıb. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı

2013-cü ildə H.Abdullayevin «Susma» marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin artdığı bildirilirdi.

XS
SM
MD
LG