Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 03:55

Hökumət 'heykəl məhbusları'na görə cərimələndi


Gənclər bir günün içində necə "narkoman" oldu?
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Gənclər bir günün içində necə "narkoman" oldu?

Avropa İnsan Hüquqları Məhkəməsi bu gün, fevralın 13-də gənc fəallar Qiyas İbrahimovBayram Məmmədovun işi ilə bağlı qərarını elan edib.

Bu barədə AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, qərar Q.İbrahimov və B.Məmmədovun həbs zamanı işgəncələrə məruz qalması və barələrində həbs-qətimkan tədbirin çıxarılması ilə bağlıdır: «Məhkəmə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu tanıdı».

Vəkilin vurğulamasına görə, bununla Q.İbrahimov və B.Məmmədovun işgəncəyə məruz qalmamaq hüququnun pozulduğu tanınıb.

E.Sadıqovun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi həmçinin, Konvensiyanın 5-ci maddəsinin 1-ci, 3-cü və 4-cü (azadlıq və toxunulmazlıq hüququ) bəndlərinin, həyata müdaxiləni qadağan edən 8-ci maddəsinin pozuntusunu tanıyıb.

Vəkil qeyd edib ki, məhkəmə konvensiyaya əsasən, gənclərin başqa hüquqlarının da pozulduğunu öz qərarında əks etdirib.

E.Sadıqov əlavə edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına görə, hökumət müdafiə xərcləri ilə birgə ümumilikdə Q.İbrahimov və B.Məmmədova 72 min avro təzminat ödəməlidir.

Gənclər nə deyir

Q.İbrahimov AzadlıqRadiosuna bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından razıdır. O hesab edir ki, işi ilə bağlı məsul şəxslər məsuliyyətə cəlb olunmalıdır: «Bizi qanunsuz həbs edənlər, işgəncə verənlər hələ də cəzalandırılmayıb, lakin onlar mütləq məsuliyyətə cəlb edilməlidir».

Qərara Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

B.Məmmədov digər gənc fəal Q.İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanmışdı. Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib onların hər birini 10 il azadlıqdan məhrum etmişdi.

Amma gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi. Onların hər ikisi 2019-cu ilin martında imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG