Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:40

Hökumət 130 min avro cərimələnib


AİHM

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bugün, sentyabrın 26-da Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb.

Bu barədə AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev bildirib. Onun sözlərinə görə, 2011-ci il aprelin 2-də bir sıra müxalifət partiyalarının birgə aksiyasında həbs edilən şəxslərin şikayətinə baxan AİHM hökuməti cərimələyib.

«Avropa İnsan Hüquqları Məhkəməsi şikayətçilərin Konvensiyanın 11-ci (sərbəst toplaşmaq azadlığı), 6-cı (ədalətli məhkəmə araşdırması) və daha bir neçə maddə ilə hüquqlarının pozulduğunu tanıyıb. Beləliklə, Azərbaycan hökuməti ümumilikdə 11 nəfərə görə 130 min avroya yaxın cərimə edilib», - Ə.Mustafayev bildirib.

Verilən məlumata görə, Müsavat Partiyası başqanı Arif Hacılı və AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının hər birinə 11 min 500 avro ödənməlidir. Bundan başqa, hazırda başqa ittihamlara görə həbsdə olan AXCP fəalı Babək Həsənov və daha 6 nəfər müxalifətçiyə də eyni məbləğdə kompensasiya verilməlidir. Qalan iki müxalifətçiyə də 10 min avro və ondan çox məbləğdə kompensasiya ödənilməli olduğu qeyd edilir.

Hələlik, bu qərara Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, deyirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur.

02 Aprel aksiyasınin ilkin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00
Direct-ə keçid

Xatırlatma

2011 il aprelin 2-də bir sıra müxalifət partiyalarının birləşdiyi İctimai Palata Bakıda şəhər rəhbərliyi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd etmişdilər. Aksiya zamanı «istefa», «diktaturaya yox» kimi şüarlar səsləndirilmişdi. Həmin vaxt onlarla müxalif fəal saxlanmışdı. Onlardan 14 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdi. Bir nəfər şərti, qalanları isə 1 il 6 aydan 3 ilə qədər həbs cəzası almışdılar. Onlar ictimai asayişi pozmaq və başqa əməllərdə günahlandırılırdılar.

Son illər bəzi müxalif şəxslər və ictimai fəallar isə AİHM qərarı ilə onlara çatası kompensasiyaların gecikməsindən şikayət edirlər. Hərçənd, rəsmilər bu məsələdə şikayətləri əsaslı saymırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG