Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

BMT Oman körfəzində neft tankerlərinə hücumu pisləyib


BMT-nin baş katibi Antonio Guterres , 13 Dekabr, 2018, Stokholm
BMT-nin baş katibi Antonio Guterres , 13 Dekabr, 2018, Stokholm

BMT-nin baş katibi Antonio Guterres Oman körfəzində iki neft tankerinə hücumu ittiham edib.

O, iyunun 14-də jurnalistlərlə görüşdə, insidentlə bağlı müstəqil istintaq aparmağa çağırıb.

Ərəb Dövlətləri Liqası-nın rəhbəri Ahmet Abul Geyt İranı öz siyasi kursundan dönməyə çağırıb.

Birləşmiş Ştatlar bundan əvvəl həmin hücuma görə İranı günahlandırıb. Amma Tehran ittihamı rədd edir.

Qeyd edək ki, İran bundan əvvəl-ABŞ-ın ona qarşı sanksiyaları bərpa etməsi və təzyiqləri artırmasına cavab olaraq bəyan eləmişdi ki, Hörmüz boğazında gəmilərin hərəkətini dayandıra bilər.

Dünya neftinin 20 faizi, Oman və Fars körfəzlərini birləşdirən bu boğazdan keçir.

ABŞ hərbi-hava qüvvələrinin yaydığı videoda, İranın patrul katerinin, Yaponiya tankerindən partlamamış minanı necə götürüb aparması görünür.

İkinci tanker isə Norveçə məxsusdur.

Yapon tankerinin heyət üzvlərini ABŞ gəmisi, Norveç tankerinin heyət üzvlərini isə İran gəmisi götürüb.

Yaponiyaya məxsus Kokuka Courageous tankerindən 21, Norveçə məxsus Front Altair tankerindən isə 23 nəfər köçürülüb.

Qeyd edək ki, iyunun 13-də Oman körfəzində iki neft tankerində partlayış baş verib və tankelərin heyət üzvləri evakuasiya edilib.

İnsident zamanı ciddi xəsarət alan olmayıb.

BUNA DA BAX: Pompeo: İran tankerlərə neft qiymətlərini qaldırmaq üçün hücum edib

Bundan bir ay əvvəl Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində dörd neft tankerinə hücum olmuşdu.

ABŞ dövlət katibi Mike Pompeo baş vermis son hadisəyə görə İranı ittiham edib və bildirib ki, hər iki insident Tehranın və onun əlaltılarının Amerika və onun müttəfiqlərinin maraqları üzərinə planlı hücumu olub.

O deyib ki, bu, son 40 ildə sülhsevər ölkələr üzərinə İranın daha bir hücumu kimi qiymətləndirilməliir.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel al-Jubeir deyib ki, o, ABŞ-ın bu hücumlarda İranın əli olduğuna dair ehtimalı ilə razıdır.

Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, bu partlayışların baş verdiyi bir vaxtda Yaponiyanın baş naziri Shinzo Abe Tehranda idi və ABŞ-la İran arasındakı gəriginliyin azaldılması üçün səy göstərirdi.

Göründüyü kimi iyunun 13-də partlayışların baş verdiyi gəmilərdən biri də Yaponiyaya məxsusdur.

Bu gəmi Uzaq Şərqə naften daşıyırdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG