Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 06:39

Gürcüstan: Ömürdə bir gün

Fotoqraf Indigo Fleur bu səhnəni Tbilisidəki Qızılgül Parkında çəkib. Yaşlı kişi alma payını yanında oturan gənclə bölüşür.

Martın 1-də Gürcüstanın böyük bir hissəsində təmiz və aydın bir səhər açılmışdı. Məhz həmin gün RFE/RL yerli sakinlərə kameralarını götürüb öz yurdlarındakı adi həyatı görüntüləməyi xahiş etmişdi. Radionun gürcü xidməti göndərilən onlarla şəkildən 18-ni seçərək, saytında yerləşdirib. Seçimi aparanların fikrincə, məhz bu şəkillərdə Gürcüstanın ogünkü ruhu və ovqatı daha yaxşı əks olunub.

Tbilisidə balaca oğlan doğum günü məclisində hadisələrin gözlənilməz dönüsündən həyəcanlı görünür. Maia Chkhaidze-nin fotosu

Tbilisi ətrafındakı Muxianidə futbol oynayanlar qoyun sürüsüylə birgə çəmənliyi paylaşırlar. Foto Khatia Basilashvili-nindir.

Gürcüstanın qərbindəki Çixari kəndində Dato Chachanidze "Kolya"nın şəklini çəkib. “O, axşam anası qayıdanadək, evdə tək qalır... Şəkildəki odur, anasını gözləyir”

Mərkəzi Gürcüstandakı Axalkalaki şəhərində süpürgəçi ağacların arasını süpürür. Günəş şüasının təsiriylə isinənən, ardınca da gecələr “üşüyən”ağaclarda “günəşdən yanma” baş verir. Bu baş verməsin deyə, Gürcüstanda ağacların gövdəsi vaxtaşırı ağ rəngə boyanır. “Günəşdən yanma” ağacların qabığını, meyvələri də zədələyir.

Şəkilçəkən Vakho Dolidze Tbilisidəki keçiddə iki kişinin elektrik mənbəyini çək-çevir etməsi ilə öz ölkəsinin cari vəziyyətinin alleqoriyasını görüb: “Biz gürcülər sürüşkən və sərt olan bu qaranlıq tuneldəyik. Amma müəyyən məsafədə biz işıq da görə bilərik.O işığa çatmaq üçün ehtiyatla hərəkət edəcəyimizi də bilirik”.

Tbilisidəki məktəbli qız öz valideynlərinin dükanında onlara kömək edir. Fotoqraf Gvantsa Gagnidze deyir: “Qız indicə bir kişiyə tort satıb. O, uzaqlaşan həmin kişinin arxasınca baxır”

Məktəblilər Kumistavi kəndində “ortadaqalma” oynayırlar. Şəkli müəllimləri Lika Chkonia çəkib. Tərəflərdən biri qışın ilıq günəş şüası altında oynamaq üstünlüyü əldə edib, amma Lika deyir ki, bu hal onun şagidlərinə bir-biriylə ünsiyyət saxlamağı öyrədir

Maia Chkhaidze-nin həmin gün aydın bir süjeti vardı: “Martın 1-də qızımın doğum günüydü. Bəlkə bu sizin auditoriyaya maraqsızdır, amma məndən ötrü həyatımın ən gözəl olaylarından biridir”.

Tbilisidəki Azadlıq Meydanında gərgin endşpil. Keti Gzirishvili-nin fotosu

Tbilisinin mərkəzində ikinci əl kitab yarmarkasını gəzərkən. Foto Indigo Fleur-undur

Axalkalaki şəhərindən göndərilən bu fotodan görünən odur ki, it oğlanı gəzməyə çıxarıb. Foto Nino Odzelashvili-nindir

Nanuka Japaridze deyir ki, həmin gün o, kamerasıyla Tbilisinin köhnə döngələrində optimizm anlarını qeydə almaqdan ötrü çox çalışıb. “Amma mənim şəkillərimdə melanxoliya diqqət çəkir. Tbilisi küçələrində mənim yadımda qalan şadyanalığı yaratmaq üçün yetərincə günəşli hava olmadı. Bu gün bayırda az adama rast gəlmək olar və onların hamısı da qəmgindir. Mənim uşaqlıq çağımda hər şey əksinə idi. Küçələr insanlarla dolu idi və hamının üzündən xoşbəxtlik yağırdı.”

Tbilisi küçələrində nərd oynayanlar. Foto Gvantsa Gagnidze-nindir

Martın 1-də Anna Kacheishvili qızdırma içində idi. Amma o, yatağına qayıtmazdan öncə pəncərəsindən Tbilisinin küçə həyatının bir parçasını çəkə bilib

Çap edilmiş fotolar Tbilisidəki bir evin dəhlizindən asılıb. Fotoqraf Tiko Tskhvedadzeburada kimin yaşadığını bilmədiyini söyləyir. “Ola bilər bu adam fotoqrafiya aşiqidir, ola da bilər, sadəcə, aşiqdir”

Təklifin sığortalanması: Tbilisidə küçə satıcısı yaz gülləri ilə yanaşı, qış geyimləri təklif edir. Levan Mikadze-nin fotosu

Indigo Fleur günün sonunda Tbilisi çevrəsindəki Varketli metrosundan çıxıb evlərinə gedən işçi axınını yaddaşa köçürüb

Günün bütün mövzuları

XS
SM
MD
LG