Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Gürcüstanda NATO və müttəfiqlərin hərbi təlimləri başlanıb


Vaziani bazası
Vaziani bazası

Gürcüstan prezidenti Giorgi Margvelashvili avqustun 1-də Gürcüstan ordusunun Birləşmiş Ştatlar və bir neçə NATO üzvü ilə birlikdə keçirdiyi hərbi təlimlərin açılış mərasimində Rusiyanın Gürcüstan ərazisini qanunsuz işğal etməsini pisləyən bəyanat verib.

“Noble Partner” adlı bu manevrlərdə 1300 Gürcüstan, 1170 ABŞ əsgəri iştirak edir. Hərbi təlimlərə habelə NATO üzvü olan Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç və Türkiyədən hərbi kontingentlər qatılıb.

Gürcüstan ərazisində dördüncü dəfə keçirilən bu təlimlərdə Ukrayna, Ermənistan və Azərbaycan əsgərləri də iştirak edirlər.

Gürcüstandakı Vaziani hərbi bazasında başlanan bu manevrlər 2008-ci il Gürcüstan-Rusiya müharibəsinin 10-cu ildönümünə təsadüf edir.

Margvelashvili açılış mərasimində deyib: “Siz ərazisinin 20 faizi tamamilə qanunsuz işğal edilmiş ölkənin torpağındasınız”.

2008-ci ildə Rusiya və Gürcüstan arasında baş vermiş müharibədə ölkənin Cənubi Osetiya və Abxaziya separatçı bölgələri müstəqilliklərini elan ediblər.

Moskva bu müstəqillik aktlarını dərhal tanıyıb. Cənubi Osetiya və Abxaziyanın müstəqilliyi əksər ölkələr tərəfindən indiyədək tanınmır.

Sözü gedən hər iki separatçı bölgədə Rusiya Federasiyasının qoşunları yerləşdirilib.

Gürcüstanda keçirilən hərbi manevrlər iki həftə müddətində davam edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG