Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:30

Gürcüstan da Konstitusiyasına əl gəzdirmək istəyir


Gürcüstan konstitusiyası 16 dekabr 2016
Gürcüstan konstitusiyası 16 dekabr 2016

Gürcüstan parlamenti ölkə konstitusiyasına dəyişikliklər üçün Dövlət Komissiyası yaradılmasına xeyir-dua verib. Bu komissiya gələn il aprelin 30-dək konstitusiyaya dəyişikliklərin layihəsini hazırlamalıdır.

“Bu, birbaşa Ivanishvili-nin şıltağıdır”

Komissiyaya parlamentin spikeri Irakli Kobakhidze rəhbərlik edəcək. Gürcüstanın indiki konstitusiyasının köklü dəyişikliyə ehtiyac duyduğunu söyləyən spiker ana qanunun tam yeni redaksiyada hazırlanmayacağına da diqqət çəkib:

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

“Biz, sadəcə, parlamentdəki mövcud konstitusion çoxluğun siyasi sistemə heç bir təhdid törətmədiyini nümayiş etdirmək istəyirik”.

Müxalifət hakim partiyanın konstitusiyada dəyişiklik planlarına skeptik yanaşır. Vahid Milli Hərəkat Partiyasının lideri Sergo Ratiani-nin fikrincə, hakim "Gürcü Arzusu" Partiyası, əslində, özünün kölgədəki sahibi Bidzina Ivanishvili-nin sifarişini yerinə yetirir:

Koba Davitashvili və Sergo Ratiani Maestro TV-dəki debatda
Koba Davitashvili və Sergo Ratiani Maestro TV-dəki debatda

“Onlar prezidentin ümumxalq səsverməsi yolu ilə seçilmə institutunu ləğv etmək istəyirlər. Bu, birbaşa Ivanishvili-nin şıltağıdır və "Gürcü Arzusu" da buna çalışır. Seçki sistemində dəyişiklik kimi ən vacib və aktual məsələni isə heç yadasalmırlar. Onlar artıq oturuşmuş müxtəlif təsisatlara, o cümlədən prezidentlik təsisatına xələl gətirmək yolu tutublar”.

Buna da bax: Referendum 'karusel', topa bülleten ittihamları ilə başa çatdı

Yeni yaradılacaq komissiya nə iş görəcək?

Təsdiq olunmuş reqlamentə görə, 60 üzvdən ibarət komissiya 4 ayrıca işçi qrup şəklində çalışacaq. Birinci işçi qrup konstitusiyanın insan hüquqları, məhkəmə hakimiyyəti, eləcə də onun giriş mətni, ümumi və keçid müddəaları üzərində işləyəcək. İkinci qrup ana qanunda parlamentin fəaliyyəti, maliyyə və nəzarət mexanizmləri ilə bağlı məsələlərə diqqət yetirəcək. Prezident və hökumət institutları, müdafiə məsələsi 3-cü, inzibati ərazi bölgüsü və yerli özünüidarə məsələləri isə 4-cü qrupun yetkisində olacaq.

İşçi qruplarında bütün qərarların adi səs çoxluğu ilə qəbul edilməsi nəzərdə tutulub.

Komissiyaya parlamentdəki partiyalardan başqa, son seçkilərdə parlamentə düşə bilməyən, ancaq 3 faizdən çox səs toplayan partiyaların da təmsilçiləri qatılacaqlar. Bu isə “Azad Demokratlar”ın, Nino Burcanadze-nin "Demokratik Hərəkat", Paata Burchuladze-nin "Xalq üçün Dövlət"Leyboristlər Partiyası kimi parlamentdənkənar müxalifət qüvvələrinin də komissiyada təmsil olunması deməkdir.

Gürcüstan parlamenti, 4 dekab r 2015
Gürcüstan parlamenti, 4 dekab r 2015

Bundan əlavə, komissiyanın tərkibində prezidentin üç, nazirlər kabinetinin iki nümayəndəsi də olacaq. İcra hakimiyyətinin bu iki qurumu arasındakonstitusiyaya dəyişiklik mövzusunda elə indidən fikir ayrılığı yaranıb.

Administrasiyada da şübhələr var

Dövlət başçısının administrasiyasındasa ana qanunaa dəyişikliyi qaçılmaz saymırlar. Prezidentin parlament üzrə katibi Anna Dolidze təşəbbüsü kəskin tənqidə tutaraq deyib:

“İndi xalqı hansı məsələlərin rahatsız etdiyini hamımız yaxşı bilirik. Camaat necə dolanacağını, evi necə isidəcəyini, əyin-başını düşünür. Bunu bilə-bilə, konstitusiyaya dəyişiklik məsələsini ortaya atmaq yersiz və Gürcüstan reallığına ziddir”.

Hakim partiya isə hamını əmin edir ki, dəyişiklik layihəsi hazır olandan sonra onun ictimai müzakirəsi təşkil olunacaq. Layihə, paralel şəkildə,Venesiya Komissiyasına ekspertizaya da göndəriləcək və parlament neqativ rəy almış heç bir dəyişikliyi qəbul etməyəcək.

Bütövlükdə, hakim "Gürcü Arzusu" Partiyası-nın planlarına görə, proses təxminən bir il vaxt aparacaq. Məsələ burasındadır ki, layihə hazırlanandan və ictimai müzakirəsi aparılandan sonra parlamentin iki sessiyasında üç oxunuşdan keçərək qəbul ediləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG