Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Neft pulları olmayan Gürcüstanla Azərbaycanın büdcə fərqi [video]


Təhsil və tibbə kim daha çox pul ayırır? Azərbaycan yoxsa Gürcüstan?
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Təhsil və tibbə kim daha çox pul ayırır? Azərbaycan yoxsa Gürcüstan? [A-Live]

Bu ay həm Azərbaycanda, həm də qonşu Gürcüstanda büdcə müzakirələri gedir.

Dövləti idarə edənlər, obrazlı desək, xəzinələrini vətəndaşlar arasında necə bölüşdürürlər?

Azərbaycandakı təhlilçi, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev iki qonşunun pulunu sayıb, müqayisə edib deyir ki, böyük neft pulları olmayan Gürcüstanın sosial xərcləri daha çoxdur, nəinki Azərbaycanın:

Buna da bax:​ Dövlət gələn ildən Beynəlxalq bankın borclarını ödəməyə başlayır [video]

"Gələn il üçün Sosial Müdafiə Fondunun büdcəsi ilə birlikdə Azərbaycanın dövlət büdcəsinin xərcləri təqribən 22 milyard manat və ya təqribən 13 milyard dollar proqnozlaşdırlır. Azərbaycanda əhali sayının 10 milyona yaxın olduğumu nəzərə alsaq, bu, adambaşına təxminən 1340 dollar edir.

Gürcüstanın gələn ilki dövlət büdcəsi isə Azərbaycan büdcəsindən təqribən 2,6 dəfə az proqnozlaşdırılır – təqribən 5 milyard dollar.

Amma Gürcüstanda əhali Azərbaycandan təqribən üç dəfəyə qədər az, 3,7 milyon nəfər olduğu halda, adambaşına düşən pul elə demək olar ki, Azərbaycandakı kimi olacaq – 1300 dollar".

Buna da bax:​ Bu il Azərbaycan iqtisadiyyatı 1.4 faiz azalacaq

Rövşən Ağayev
Rövşən Ağayev

İki ölkənin səhiyyə büdcəsini müqayisə edək.

Belə ki, Azərbaycan səhiyyəyə gələn il təqribən 440 milyon dollar ayırır, bunu da adambaşına böləndə hərəyə ortalama 44 dollar düşür.

Gürcüstan xəbər saytlarındakı məlumatlardan məlum olur ki, bu ölkənin dövlət büdcəsində səhiyyə xərci gələn il 365 milyon dollar proqnozlaşdırılır, bu da adambaşına 98 dollar deməkdir. Başqa sözlə, Gürcüstan səhiyyəyə Azərbaycandan iki dəfə artıq pul nəzərdə tutub.

Buna da bax: Büdcə layihəsində tələbə təqaüdləri vəsaiti azaldılıb - bu nə deməkdir? [video]

Rövşən Ağayev neftlə zəngin Azərbaycanın və neftsiz Gürcüstanın təhsil xərclərini belə müqayisə edir:

Buna da bax:

Büdcənizi planlayanda rəsmilərin dediklərini nəzərə alırsız?
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

“Azərbaycanın dövlət büdcəsindən təhsilə 1.1 milyard dollar xərcləyəcək ki, bu hazırkı məzənnə ilə adambaşına təqribən 120 dollara bərabərdir.

Gürcüstan isə təhsilə 470 milyon dollar və ya adambaşına 125 dollar xərcləməyi planlayır. Belə müqayisələrə baxmaq lazımdır ki, şirin inkişaf nağılları ilə uzun və dərin yuxulara dalmayaq...”

Buna da bax: Büdcənin 'yağlı tikəsi' tikintiyə gedir

Milli Məclisin sədri Oqtay Əsədov isə noyabrın 21-də iclasda deyib ki, gələn ilin büdcəsi sosialyönümlüdür:

"Büdcə zərfi sosial-iqtisadi durum nəzərə alınmaqla hazırlanıb. Növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılıb. Büdcənin sosial yönümlülüyü saxlanılıb".

Azərbaycanda hökumətin hazırladığı büdcə layihəsi adətən ciddi dəyişik olmadan təsdiqlənir. Hakimiyyəti sərt tənqid edən, siyasi partiyalar seçkinin demokratik olmadığını əsas gətirib son seçkini boykot etmişdilər və Parlamentdə təmsil olunmurlar.

Buna da bax: Ekspert: 'Büdcə 3 milyard artsa da, pensiyalar 2 manat arta bilər' [video]

Gürcüstan parlamentində hakim partiya çoxluqda olsa da, əsas müxalifət partiyaları 35 yer götürüblər.

Gürcüstan parlamenti
Gürcüstan parlamenti

Tbilisidə, Mineral Ehtiyatlar üzrə Qafqaz İnstitutunun direktoru, iqtisadçı Aleksandre Tvalçrelidze deyir ki, hazırda Gürcüstan parlamentində büdcə ilə bağlı qızğın müzakirə var. Müxalifət sosial ödənişlərin artırılmasını tələb edir:

"Müxalifət və iqtidar arasında ciddi mübarizə var. Bütün hallarda hakim partiyanın parlamentdə üstünlüyü var. Müxalifət istəyir ki, büdcənin sosial xərcləri artırılsın. Pensiyalar və tibbi sığorta hissəsi".

Buna da bax: Vahid Əhmədov: 'MDB-də ən böyük kredit faizləri Azərbaycandadır'

Azərbaycan bir çox beynəlxalq hesabatlarda qonşusundan geridədir. Məsələn, son beynəlxalq şəffaflıq təşkilatının son korrupsiya reytinqinə görə, Gürcüstan 44-cü yerdə, Azərbaycan 123-cü yerdədir.

Buna da bax:

Büdcə müzakirələri Azərbaycanda və dünyada necə aparılır?
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

XS
SM
MD
LG