Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:55

Gürcüstandan rəsmi Moskvaya tənqid


Sergei Lavrov, Rusiyanın Xarici İşlər naziri

Gürcüstan rəsmi Moskavanı xarici işlər naziri Sergei Lavrovun Abxaziyaya planlaşdırılan səfəri ilə bağlı tənqid edib.

Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə təmsilçisi Zurab Abashidze aprelin 18-də deyib ki, xarici işlər nazirinin Abxaziyaya 2 günlük səfəri "Gürcüstanın süverenliyinin pozuntusu"dur.

Gürcüstanın xarici işlər nazirinin müavini David Jalagania isə bildirib ki, Rusiya beynəlxalq prinsip və qanunları görməzdən gəlir.

Lavrovun 18-19 apreldə planlaşdırılan səfərində tanınmamış Abxaziya respublikasının rəsmiləri ilə görüşü, eləcə də Rusiyanın Abxaziyadakı səfirliyi adlandırılan yeni binanın açılışına qatalması nəzərdə tutulur.

250 minlik əhalisi olan Abxaziya iqtisadiyyatını və infrastrukturunu inkişaf etdirməyə çalışır. Ancaq əhali arasında yoxsulluq səviyyəsi artır, fahişəlik və narkomaniya yüksəlir.

Rusiya Gürcüstanla 2008-ci ildəki 5 günlük müharibədən sonra Abxaziyanı və Cənubi Osetiyanı tanıyıb, burda öz hərbi bazalarını yerləşdirib.

ABŞ Abxaziya və Cənibu Osetiyanı Gürcüstanın ərazisi kimi tanıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG