Keçid linkləri

2025, 12 Dekabr, Cümə, Bakı vaxtı 07:36

Gümrünün meri iki aylığa həbs olunub [Video]


Paşinyanın partiyasını məğlub edən mer həbs olundu
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

Paşinyanın partiyasını məğlub edən mer həbs olundu

Gümrünün meri Vardan Qukasyan iki ay müddətinə həbs edilib.

Oktyabrın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrü meriyasının binasında istintaq hərəkətləri aparıblar. İstintaq Komitəsinin məlumatına görə, V.Qukasyan, şəhərin baş memarı Henrik Qasparyan və daha altı nəfər 4 milyon dram (10 min 440 dollar) məbləğində rüşvət almaqda ittiham olunur.

V.Qukasyan ittihamları rədd edir.

20 oktyabr

Vardan Qukasyan saxlanılaraq Yerevana, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

+++

Ermənistanın ikinci böyük şəhəri olan Gümrünün meri və daha yeddi nəfərin rüşvət alma və vermə ittihamı ilə həbsinə qərar verilib. Bu haqda Ermənistan Antikorrupsiya Komitəsi məlumat yayıb. Amma mer Vardan Qukasyanın hələ də meriyada qaldığı bildirilir. Binanın qarşısında onun tərəfdarlarının etiraz aksiyası keçirilir. KİV-in məlumatına görə, Gümrü meriyasının yaxınlığında vəziyyət gərgindir, böyük polis qüvvələri cəmlənib, kilsədə zənglər çalınır.

Məlumata görə, bir vətəndaşın Gümrüdə sahəsi 1500 kvadratmetr olan tikilisi özbaşına inşa olunduğundan sökülməliymiş. Amma mer və baş memar həmin vətəndaşla razılığa gələrək "korrupsiya xarakterli" sövdələşməyə giriblər, saxta rəsmi sənədlərlə tikilini qanuniləşdirməyin qarşılığında 4 milyon dram (10 min 440 ABŞ dolları) rüşvət tələb ediblər.

Antikorrupsiya Komitəsi cinayətkar qrupun üzvlərinin korrupsiya fəaliyyətini gizli və fasiləsiz davam etdirdiklərini, müxtəlif qanunsuz əməllərlə bağlı sübutların olduğunu bildirir.

Bu ittihamlara adıçəkilən vəzifəlilərin münasibəti bəlli deyil.

V.Qukasyan rusiyayönlü müxalifət lideri, 1998-2008-ci illərdə prezident olmuş Robert Koçaryanın müttəfiqidir.

Baş nazir Nikol Paşinyan bu ayın əvvəlində Gümrünün merinin yazdakı seçkidə qələbəsini şübhə altına alıb, onun vəzifədən kənarlaşdırılacağının anonsunu vermişdi.

Qukasyan Ermənistan Kommunist Partiyasından namizədliyini verib, martda bu vəzifəyə təyin olunub. O, 1999-2013-ci illərdə də Gümrünün meri olub və həmin dövrlə bağlı ona bir sıra ittihamlar irəli sürülüb. Oğlu Spartak ötən həftə zorla pul qoparma ittihamıyla ev dustağı edilib, atası bunu siyasi motivli adlandırıb.

Son aylar Ermənistanda Paşinyanın siyasi rəqibləri və tənqidçilərinə, o cümlədən müxalifətçilərə, kilsə xadimlərinə irimiqyaslı təzyiq müşahidə olunur. Gələn ilin iyununda ölkədə parlament seçkiləri gözlənilir.

XS
SM
MD
LG