Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:43

Ermənistanda rus hərbi bazası önündə etiraz aksiyası keçirildi


102-ci hərbi baza önündə aksiya, Gümri, 12 yanvar
102-ci hərbi baza önündə aksiya, Gümri, 12 yanvar

"Heyvanlarınızı qəfəsdə saxlayın!"

Yanvarın 12-də rus əsgəri Permyakovun Gümridə Avetisyanlar ailəsini qətlə yetirməsindən 4 il keçdi.

Həmin gün həm də dekabrın 2-də aldığı ağır xəsarətlərdən keçinən Culyetta Qukasyanın qırxı idi. Onun da ölümündə rus əsgəri ittiham edilir.

Bununla bağlı Gümridə Rusiyaya məxsus 102-ci hərbi baza önündə etiraz aksiyası keçirilib.

Aksiya ilə bağlı bazanın bütün giriş-çıxışları önündə polis keşik çəkirdi.

Şəhərdə rus əsgərləri gözə dəymirdi.

Həmin gün bazanı tərk etməyən rus əsgərləri aksiyanı pəncərələrdən izləyirdilər.

"Heyvanlarınızı qəfəsdə saxlayın, biz onların əməllərinə görə məsuliyyət daşımırıq" - bazanın önündə müxtəlif yerlərə yapışdırılan vərəqələrdə belə deyilirdi.

Vərəqələri Gümridəki "Asparez" Jurnalistlər Klubunun sədri, hüquq müdafiəçisi Levon Barseqyan gətirmişdi.

Barseqyan deyib ki. onlar həm Ermənistan, həm də Rusiya rəhbərliyinə müraciət ünvanlayacaqlar.

Buna da bax: Azərbaycan Ermənistanla təmas yaratmaq istəyir?

Ermənistan rəhbərliyindən tələb edilir ki, Culyetta Qukasyanın işi diqqətlə araşdırılsın, saxlanan rus əsgəri ilə bağlı ilkin istintaq hərəkətlərini Ermənistanın hüquq-mühafizə orqanları aparsın, əsgər Ermənistan ədliyyəsinin nəzarəti altında saxlansın və onu yerli məhkəmə mühakimə etsin.

Barseqyan deyir ki, Rusiya tərəfi ilə bağlanmış sazişlər hərbi bazadan kənarda cinayət törədən hərbçilərin Rusiyaya verilməsini nəzərdə tutmur.

O dörd il əvvəl Ermənistanın o zamankı rəhbərliyinin qanundakı bəzi boşluqları Permyakovun xeyrinə yozmasından narahat olduğunu dilə gətirib, belə halın yenə də təkrarlanmasını istəmədiyini söyləyib.

Aksiya iştirakçıları onu da tələb ediblər ki, hərbi bazada əsgərlərə nəzarət gücləndirilsin, kameralar quraşdırılsın.

Etirazçılar Rusiya rəhbərliyindən tələb edirlər ki, Culyetta Qukasyanın döyülməsində ittiham edilən Andrey Razqildyayev Ermənistanın hüquq-mühafizə orqanlarına verilsin.

Yerevandan Gümriyə gəlmiş Ermənistan Avropa Partiyasının nümayəndələri də aksiyaya qoşulublar.

Tiqran Xemalyan deyib ki, bu, siyasi aksiya deyil, onlar Qukasyanlar və Avetisyanlar ailəsinə dəstək olmağa gəliblər.

Partiya nümayəndələri hesab edirlər ki, rus ordusu Ermənistan vətəndaşlarının təhlükəsizliyini qoruya bilmir.

"Qatillər, qəsbkarlar bu milləti qoruya bilməzlər, Ermənistanın təhlükəsizliyini yalnız Ermənistan ordusu təmin edə bilər. Bizim müstəqilliyimizin. azadlığımızın qarantı yalnız erməni əsgəridir" - deyə Xemalyan bildirib.

Aksiya iştirakçıları 1999-cu ildən bəri rus hərbçiləri tərəfindən öldürülmüş 12 nəfərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Aksiyalar bazaya məxsus bir neçə hərbi hissə önündə keçirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG