Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:56

Güləş Federasiyası: 'Maaş vermək öhdəliyimiz yoxdur'


Azərbaycan güləşçiləri etiraz edir - 15 aydır, maaş ala bilmirik
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Azərbaycan güləşçiləri etiraz edir - 15 aydır, maaş ala bilmirik

«Yaranmış kiçik narahatlıqları böyütməyə, əldə olunan nailiyyətlərə kölgə salmağa çalışanlara bildiririk ki, idman çirkli oyunların yeri deyil».

Bu fikir Azərbaycan Güləş Federasiyasının (AGF) bu gün, avqustun 1-i yaydığı açıqlamada deyilir. Açıqlamada bu günlər ölkənin güləşçilərdən ibarət yığma komandasının üzvlərinin aksiya keçirərək, 12 aydan artıq maaş almadıqlarını dilə gətirməsinə münasibət bildirilir.

Federasiya vurğulayır ki, fəaliyyətini dövlət yox, sponsor təşkilatların ayırdığı maliyyə ilə tənzimləyir. Sponsorların hesabına fəaliyyət göstərmək qəbul edilmiş və geniş tətbiq edilən praktikadır:

«Bu baxımdan federasiyaların maliyyə durumu bir çox hallarda məhz sponsorların maliyyə vəsaitlərindən asılı olur».

Açıqlamada vurğulanır ki, bəzən müəyyən çətinliklərin yaranması, maliyyələşmənin azalması təbii və anlaşılan haldır. Üstəlik, AGF-nin idmançılara maaş vermək kimi bir öhdəliyi yoxdur:

***Buna da bax-Azərbaycan yığmasının güləşçiləri yarış əhvalında deyil [video]

«Sponsorlar maliyyə ayrıldığı zaman Federasiya rəhbərliyinin təşəbbüsü ilə idmançıların əldə etdiyi nəticələrə uyğun yığma komandanın üzvlərinə maddi yardımlar verilib».

Eyni zamanda Federasiya bildirir ki, yığma komandanın üzvlərini beynəlxalq yarışlarda nəticələrə görə ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamlara uyğun Milli Olimpiya Komitəsi və Gənclər və İdman nazirliyi mükafatlandırır:

«Bunu da bildirək ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları və Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətlərə görə mükafatlar da hər bir idmançıya ödənilib».

Son olaraq AGF idmançıların narahatlığını anladığını bildirir. Ölkədən ötrü hər birinin ayrıca dəyəri və yeri olan güləşçiləri səbirli olmağa dəvət edir.

XATIRLATMA

İyulun 28-də ölkənin güləşçilərdən ibarət yığma komandasının üzvləri AGF önündə bir araya gələrək, 12 aydan artıq maaş almadıqlarını dilə gətirmişdilər. Etiraz edən güləşçilər arasında bir çox uğurlara imza atan Toğrul Əsgərov, Rəsul Cunayev Hacı Əliyev də var idi.

Onlar bildirirdilər ki, üç həftədən sonra sərbəst və Yunan-Roma güləşi üzrə dünya çempionatı keçiriləcək. Ancaq Azərbaycan yığmasının güləşçiləri yarış əhvalında deyil. Çünki əlaqəli qurumların bundan ötrü gərəkli şəraiti yaratmayıblar.

Azərbaycan Güləş Federasiyası 1993-cü ildə təsis olunub. Hazırda federasiyanın prezidenti vergilər naziri Fazil Məmmədovdur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG