Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 18:49

Güclü külək gözlənir


arxiv foto

Martın 17-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir.

Şimal-qərb küləyinin əsəcəyi, gündüzdən başlayaraq arabir güclənəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 5-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti proqnozlaşdırılır.

Nazirlik xəbərdarlıq edir ki, martın 17-si axşamdan 19-u axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 18-də yarımadanın bəzi yerlərində 28-30 m/s-dək güclənəcəyi, yağış yağacağı ehtimalı var. Havanın temperaturu 4-7 dərəcə aşağı enə bilər.

Azərbaycanın bəzi rayonlarında da martın 17-də yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 5-8, gündüz 14-19, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti təxmin edilir.

Sinoptiklər xəbərdarlıq edir ki, qərb küləyi martın 17-19-da 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənə bilər. Havanın temperaturunun 5-8 dərəcə aşağı enəcəyi, çaylarda sululuğun artacağı ehtimal olunur.

XS
SM
MD
LG