Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 06:24

Bakıda GUAM iclası


Milli Məclis.

Dekabrın 15-də Milli Məclisdə GUAM Parlament Assambleyasının 9-cu iclası keçirilib.

Tədbir iştirakçıları GUAM-ın rolu və nüfuzu haqqında danışıblar.

Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov deyib ki, GUAM regional təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

Buna da bax:​ GUAM çərçivəsində regional əməkdaşlıq canlandırılır

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da öz növbəsində bildirib ki, GUAM üzv ölkələrin əməkdaşlığında mühüm platformaya çevrilib. Onun sözlərinə görə, bu qurum həmçinin üzv ölkələrin ərazisində mövcud münaqişələrin nizamlanmasında mühüm rol oynayır.

“Biz Azərbaycandan Ukrayna və Gürcüstanın işğal olunan ərazilərinə edilən heç bir səfəri tanımırıq. Hesab edirəm ki, bu prinsipə qarşılıqlı olaraq GUAM-a üzvü olan dörd dövlət hər zaman əməl etməlidir. Biz bu məsələləri beynəlxalq tədbirlərdə də qaldıracağıq”. - deyə o qeyd edib.

Buna da bax:​ GUAM koordinatorları Bakıya toplaşıb

GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) 1997-ci ildə iqtisadi və siyasi əməkdaşlığını möhkəmləndirməkdən ötrü yaradılmış təşkilatdır.

1999-cu ilə qədər Özbəkistan da təşkilata daxil idi.

2008-ci ildən sonra GUAM-a üzvü olan ölkələrin yüksək səviyyədə görüşləri keçirilməyib.

Multimedia

XS
SM
MD
LG