Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:22

GUAM ölkələri BMT-yə qətnamə təqim edəcək


Foto arxiv

Moldova, Ukrayna, Azərbaycan və Gürcüstan hökumətləri GUAM nəqliyyat dəhlizinin və azad ticarət zonasının yaradılmasından ötrü səylərin artırılması barədə razılığa gəliblər.

Bu barədə oktyabrın 5-də Moldovada GUAM dövlətləri baş nazirlərinin iclasının yekunlarına dair bəyanatdabildirilir.

“Turan” agentliyinin məlumatına görə, yekun sənəddə vurğulanır ki, dörd ölkənin nümayəndələri gömrük xidmətləri arasında əməkdaşlıq haqqında protokol imzalayıblar. Sənəddə malların hava nəqliyyatı vasitəsilə dövlətlərin sərhədləri üzərindən keçirilməsi ilə bağlı gömrük pozuntuları ilə mübarizədən danışılır.

Tərəflər GUAM ölkələri ərazisində həll edilməmiş münaqişələrin nizamlanmasına daha çox diqqət ayırıblar. GUAM ölkələri BMT-yə dondurulmuş münaqişələrin həllinə dair qətnamə layihəsini təqdim etməyə qərar veriblər.

GUAM-ın toplantısında Gürcüstan baş nazir Mamuka Baxtadze, Moldova baş nazir Pavel Filip, Ukrayna baş nazir Vladimir Qroysman, Azərbaycan baş nazirin müavini Əli Əhmədov iştirak edib.

Xatırlatma

GUAM 1997-ci ilin oktyabrında yaradılıb. Bu qurumun yaradılmasında Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan iştirak edib. Bir ara Özbəkistan da qurumun üzvü olub.

Bu təşkilata daxil olan ölkələrdən həm Ukraynanın, həm Gürcüstanın, həm də Azərbaycanın ərazilərinin bir hissəsi işğal edilib.

Multimedia

XS
SM
MD
LG