Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Bolqarıstanlı Kristalina Georgieva BVF-in rəhbəri oldu


Kristalina Georgieva
Kristalina Georgieva

Sosialist Bolqarıstanında doğulub boya-başa çatmış Kristalina Georgieva Beynəlxalq Valyuta Fondunun (BVF) yeni direktoru təsdiq olunub.

Fondun direktorlar şurası sentyabrın 25-də 66 yaşlı Georgievanın bu vəzifəni tərk etmiş Christine Lagarde-ın postunu tutmasına səs verib.

Lagarde Avropa Mərkəzi Bankına rəhbərlik edəcək.

Bolqar iqtisadçı deyib ki, “qlobal iqtisadi artımın ürəkaçan olmadığı, ticarət münasibətlərinin gərgin olduğu və borcların isə tarixən rekord həddə çatdığı bir vaxtda BVF-in rəhbərliyinə gəlmək böyük məsuliyyət tələb edir”.

Grigorieva bildirib ki, o həm də qeyri-bərabərliyi, iqlim risklərini və sürətli texnoloji dəyişiklikləri nəzərə almalı olacaq.

Georgieva vəzifəsinin icrasına oktyabrın 1-dən başlayacaq.

Onun bu vəzifəni tuta bilməsi üçün Vaşinqtonda mənzillənmiş BVF Grigorievaya güzəşt edərək özünün yaş senzini pozub.

Fondun qaydalarına görə ona rəhbərlik edənin yaşı 65-dən çox olmamalıdır.

Georgieva Avropa İttifaqının beş il müddətinə seçimidir. Avqustun 2-də ona 28 üzv ölkənin əksəriyyəti səs verib.

Mərkəz-sağçı siyasətçi olan Georgieva 2017-ci ildən bəri Dünya Bankı rəhbərinin müavini kimi çalışıb.

2016-cı ildə onun namizədliyi BMT-nin baş katibliyinə verilmişdi. Sonradan bu postu portəgiz Antonio Guterres tutdu.

Georgieva 1953-cü il, avqustun 13-də o vaxtlar sosialist blokuna daxil Bolqarıstanın paytaxtı Sofiyada doğulub.

O fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra Londondakı İqtisad Məktəbində, Massaçussets Texnoloji Universitetində və Harvard Biznes Məktəbində dərs deyib.

Georgieva 2004-cü ildə Dünya Bankının Rusiya üzrə direktoru idi. O rus və ingilis dillərində səlis danışır.

Qeyri-rəsmi ənənəyə görə BVF-ə adətən avropalı, Dünya Bankına isə amerikalı rəhbərlik edir.

189 üzvü olan BVF üzv ölkələrə iqtisadi məsləhətlər və maliyyə dəstəyi verir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG