Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:58

Gözəl Bayramlının işində gözlənilməz qərar


Gözəl Bayramlı
Gözəl Bayramlı

AXCP sədrinin müavini Gözəl Bayramlının 3 il azadlıqdan məhrum edilməsi haqda hökmün qüvvədə saxlandığı, yoxsa dəyişdirildiyi aprelin 2-də Gəncədə məlum olmalıydı. Çünki Gəncə Apellyasiya Məhkəməsində bu işə baxan Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası sonuncu dəfə martın 12-də keçirilən iclasda prokurorun, vəkilin çıxışından, təqsirləndirilən siyasətçi xanımın son sözündən sonra qərar vermək üçün müşavirəyə getmişdi. Qərarın da bu gün açıqlanacağı elan olunmuşdu.

Aprelin 2-də məhkəmə zalına gələn hakimlər bildirib ki, G.Bayramlı Gürcüstan-Azərbaycan sərhədini keçərkən «Sınıq körpü» gömrük-buraxılış məntəqəsindəki kameraların qeydə aldığı görüntülərdən ötrü müvafiq orqanlara sorğu göndərilib:

***Buna da bax-Gözəl Bayramlı: 'Həbsxanada hakimiyyətin başqa əməllərini də gördüm'

«Ötən məhkəmədə videogörüntülərlə bağlı vəsatət təmin olunub. Həm Dövlət Gömrük Komitəsinə, həm də Dövlət Sərhəd Xidmətinə sorğu göndərilib. Amma hələ cavab gəlməyib. Cavabı gözləmək məqsədilə məhkəmə aprelin 20-nə qədər təxirə salınır».

G.Bayramlının vəkili Elçin Sadıqov isə buna etiraz edib. Müdafiəçi hesab edir ki, bu, prosesi süni şəkildə uzatmaqdan başqa bir şey deyil. E.Sadıqov deyir ki, videogörüntülərin alınmasıyla bağlı məhkəmədə vəsatət qaldırsalar da, hakimlər onu təmin etməmişdi:

***Buna da bax-Gözəl Bayramlı Əli Kərimlinin məhkəmədə dindirilməsini istədi

«Ötən iclasda proses yekunlaşdı. Çıxışlar mərhələsi bitdi, prokuror da, mən də çıxışımızı etdik, Gözəl xanım sözünü dedi. Hakimlər vəsatət üçün yox, qərarın elan olunması üçün müşavirəyə getmişdi. İndi isə gəlib, vəsatətin təmin olunduğunu elan edir. Bu, müşavirə otağında həll olunası məsələ deyil. Bu, istintaqın təzələnməsidir. Ona görə bu vəsatətə ayrıca baxılmalıydı».

Xatırlatma

AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG