Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:32

Gözəl Bayramlı: 'Başıma bir iş gəlsə...'


Gözəl Bayramlı

“Sağlıq durumum gündən-günə pisləşir. Çünki məhbusların sahib olduğu heç bir hüququmdan istifadə etməyimə imkan verilmir. Başıma bir hadisə gəlsə, bunun günahkarı hökumət olacaq...”

Vəkili Zübeydə Sadıqovanın bildirməsinə görə, bunu ona Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavinlərindən Gözəl Bayramlı deyib.

Vəkil dünən, iyunun 22-də axşamüstü G.Bayramlı ilə Bakı İstintaq Təcridxanasında görüşüb. Onun sözlərinə görə, siyasətçinin bəzi şəxslərlə zəngləşmək hüququ pozulur.

Buna da bax:​ Vəkil: 'Gözəl Bayramlının ağrıları var'

Zübeydə Sadıqova
Zübeydə Sadıqova

Vəkilə zəngə imkan verilmir

“Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə bir dəfə də olsun, onun vəkili ilə telefonla əlaqə saxlamasına imkan verməyiblər. Baxmayaraq ki, başqa dustaqların belə problemi yoxdur. Dəfələrlə vəkili ilə danışmaq istəyib, amma imkan verməyiblər. Üstəlik, iyunun 22-dən etibarən, ona ailəsindən başqasına zəng etmək qadağası qoyulub. Səbəbini soruşduqda, bunu yuxarıdan belə göstəriş gəlməsi ilə izah ediblər”, – vəkil AzadlıqRadiosu-na deyib.

Vəkilin bildirməsinə görə, G.Bayramlı dünəndən (iyunun 22-si) istədiyi şəxslərlə əlaqə imkanı yaradılanadək zəng hüququndan imtina edib.

Z.Sadıqova G.Bayramlının sağlıq durumunun da pisləşdiyini bildirib.

Buna da bax: Hüquq müdafiəçisi prokurorluğa çağırılıb

“Onun üz-çənə artrozu var. Tez-tez soda ilə boğazını yaxalamalıdır. Ailəsindən soda gətirməsini xahiş edib, gətiriblər. Amma sodanın təcridxanaya buraxılmasına imkan verməyiblər. Təcridxana da onu soda ilə təmin etməyib. Onsuz da xeyli sağlıq problemi olan G.Bayramlı deyir ki, bu, səhhətini daha da pisləşdirə bilər”.

Ancaq plastik qabdan istifadəyə imkan verirlər

Vəkil əlavə edir ki, G.Bayramlı həm də mədə ağrılarından əziyyət çəkir.

“Bu xəstəliyinə görə, həm Gürcüstandakı, həm də yerli həkimlər ona qida zamanı plastik qablardan istifadəni qadağan ediblər. G.Bayramlı bununla bağlı təcridxanadakıları da məlumatlandırıb. Ancaq təcridxanada yalnız ona plastika qablardan istifadə etməli olduğunu bildirirlər. Alternativ qablardan istifadə etməsi qadağan olunub”, – vəkil deyib.

Vəkil G.Bayramlının müalicə və müayinəsinin təmin edilməsindən ötrü Bakı İstintaq Təcridxanasına, Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət etdiyini, ancaq hər hansı addım atılmadığını bildirib.

Buna da bax:​ Həsən Kərimovun həyat yoldaşı prokurorluqda dindirilib

Vəkilin bu açıqlamasına da, hələlik, Penitensiar Xidmətdən hər hansı münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail Rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.

«İş üzrə toplanmış istintaq materialları ilə həmçinin, müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib», - rəsmi açıqlamada vurğulanır.

Buna da bax:​ Vəkil və Ombudsman nümayəndələri Ə, Muxtarlı və G.Bayramlı ilə görüşüblər

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicəsi məqsədilə gedib. Son 2 ildə Gürcüstanda 3 dəfə əməliyyat olunub.

Daha sonra cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG