Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:32

Gözəl Bayramlını hədələyənə 12 sutka verildiyi deyilir


Gözəl Bayramlı
Gözəl Bayramlı

AXCP sədrinin müavini Gözəl Bayramlı Suraxanı Rayon Polis İdarəsindən məktub alıb. Məktub onun ölümlə hədələnməsi ilə bağlı «102» xidmətinə müraciətinə verilən cavabdır. Suraxanı Rayon Polis İdarəsinin cavabında qeyd edilib ki, onun müraciəti ilə bağlı cinayət işinin açılmasına ehtiyac görülməyib.

«Məni Suraxanı Rayon Polis İdarəsinin cavabı qane etmir və şikayətimi davam etdirəcəyəm»,-deyə G.Bayramlı ölümlə təhdid edilməsinə görə polisdə aparılan təhqiqatın nəticəsini AzadlıqRadiosuna dəyərləndirib.

G.Bayramlı təhqiqatı «gözdən pərdə asmaq» adlandırıb: «Mənə məktub göndəriblər ki, həmin şəxsə 12 sutka inzibati cəza verilib. Mənim məqsədim isə mənə olan təhdidlərin sifarişçilərini aşkar etmək idi. Polis isə hər hansı araşdırma aparmayıb. 12 sutka inzibati cəza verilən şəxs isə deyir ki, bu telefonu ona zəng etməyə veriblər, telefon ona aid deyil. Yəni, polis hər hansı araşdırma aparmayıb, günahkarı üzə çıxarmayıb».

G.Bayramlının dediklərinə, hələlik, Suraxanı Rayon Polis İdarəsinin münasibətini öyrənmək mümkün olmayıb.

G.Bayramlı oktyabrın 28-də açıq nömrədən ölümlə hədələndiyini açıqlamışdı.

«Zəng edən şəxs kobud şəkildə məndən «nə yazırsan» deyə soruşdu. Ondan özünü təqdim etməyi istəyəndə «gələndə biləcəksən, ünvanını de» cavabını verdi. Sonra da tərbiyəsizlik edib qışqırmağa başladı. Telefonu söndürdüm, yenə bir neçə dəfə zəng etdi. Soruşdum məni təhdid edirsən, dedi «bəli»» - deyə xanım siyasətçi qeyd edirdi.

Gözəl Bayramlı həmin gün «102» xidmətinə şikayət etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG