Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:19

Polis Gözəl Bayramlını təhdid edəni tapdığını bildirib


Gözəl Bayramlı
Gözəl Bayramlı

Suraxanı rayon polisi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlını ölümlə hədələyənin şəxsiyyətini müəyyən etdiyini bildirir. Siyasətçini bununla bağlı, noyabrın 3-də polis idarəsinə dəvət ediblər.

Bu haqda Gözəl Bayramlının özü xəbər verib.

“Həmin şəxsi tapdıqlarını bildirdilər. Məni ölümlə təhdid etdiyini etiraf edən şəxsin iddiasına görə, guya zəng etdiyi nömrənin mənə məxsus olmasından xəbəri olmayıb”, deyən siyasətçi onu hədələyənin tapılmasının gülünc və şübhəli olduğunu bildirib.

Buna da bax:​ G.Bayramlı: 'Məni açıq nömrədən təhdid edəni tapsınlar'

Xanım siyasətçinin fikrincə, “hədələyənin tapılması” qurama oyundur. G. Bayramlı bildirib ki, hədələndikdən sonrakı gün sosial şəbəkələrdə də ölümlə təhdid edilib, elektron poçtuna eyni məzmunlu məktublar yazılıb.

“Bu hadisədə hər iki məqam arasındakı əlaqə o qədər qabarıq görünür ki, bu işin bir mənbədən idarə olunduğuna, təşkilatçıların eyni adamlar olduğuna zərrə qədər şübhə yeri qalmır”, deyən G.Bayramlı ona edilən hədələrin əsas mənbəyinin kənarda tutulduğunu qeyd edib.

G. Bayramlı oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrıldığını xatırladaraq, ondan sonra üzləşdiyi bütün basqıların eyni mənbədən qaynaqlandığını ifadə edib. Ona Gözəl Bayramlıya Facebook səhifəsində bəzi statusları irad kimi bildirilmişdi.

Buna da bax:​ Açıq nömrədən hədələnən Gözəl Bayramlı polisə dəvət olunub

G. Bayramlı oktyabrın 28-də ölümlə hədələndiyini açıqlamışdı.

«Zəng edən şəxs kobud şəkildə məndən “nə yazırsan” deyə soruşdu. Ondan özünü təqdim etməyi istəyəndə “gələndə biləcəksən, ünvanını de” cavabını verdi. Sonra da tərbiyəsizlik edib qışqırmağa başladı. Telefonu söndürdüm, yenə bir neçə dəfə zəng etdi. Soruşdum məni təhdid edirsən, dedi “bəli”» - deyə xanım siyasətçi qeyd edirdi.

Gözəl Bayramlı həmin gün “102” xidmətinə şikayət etmişdi. AXCP sədrinin müavini şikayəti üzrə noyabrın 2-də də polis bölməsində olmuşdu.

Xanım siyasətçinin onu hədələyən şəxsin tapılmasına şübhə ilə yanaşmasına, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG