Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:46

Gözəl Bayramlı azadlıqda (VİDEO)


Gözəl Bayramlı azadlıqda, 17 mart 2019
Gözəl Bayramlı azadlıqda, 17 mart 2019

Pezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Bakının Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

Bu cəzaçəkmə müəssisəsindən 25 nəfər azadlığa buraxılıb. Onların arasında, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı da var.

AXCP sədrinin müavini Gözəl Bayramlı azadlığa çıxdı
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

AXCP sədrinin müavini Gözəl Bayramlı martın 17-də cəza çəkdiyi həbsxanadan azadlığa çıxıb. O bundan sonra da siyasi fəaliyyətinə davam edəcəyini, həm də həbsxanadakı qadın məhbusların sayının azaldılması ilə bağlı işlərə başlayacağını deyib. O bir daha həbsinin siyasi olduğunu vurğulayıb. Azadlığa qovuşmasında fəliyyəti olan siyasi partiyalara, hüquq müdafiə təşkilatlarına, KİV nümayəndələrinə və beynəlxalq təşkilatlara minətdarlığını bildirib:

"Bütün Azərbaycan cəmiyyətinə təşəkkürümü bildiriəm ki mənim həbsimlə bağlı öz səslərini qaldırdılar, azadlığa çıxmağımla bağlı mənə, ailəmə dəstək verdilər..."

Gözəl Bayramlı əfvə düşəcəyini gözləmədiyini deyib.

"Əfvə düşəcəyimi gözləmirdim, o elədir ki, ora şəxsən müraciət etməlisən, belə bir müraciət etməmişdim. Belə müraciəti hansı cinayəti törədən adam etməlidir. Mən isə heç bir cinayət törətməmişəm. Heç bir əsas olmadan mənim həyatımın iki ili həbsxanada keçib. Dünən xəbər verdilər... "

Gözəl Bayramlı 2017-ci il mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində Cinayət Məcəlləsinin (CM) 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Rəsmi açıqlamada iddia olunur ki, Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapılıb. Bu ittihamla da o, Qazax Rayon Məhkəməsinin hökmüylə 3 il azadlıqdan məhrum edilib.

2018-ci il noyabrın 14-də Ali Məhkəmə G.Bayramlının cəzasını iki ay azaldıb. Qərara əsasən, G.Bayramlıya qarşı CM-nin 206.1 (qaçaqmalçılıq) maddəsi ilə irəli sürülmüş ittiham da dəyişdirilib. İttiham 29.206.1 maddəsinə, yəni qaçaqmalçılığa cəhdə tövsif olunub.

G.Bayramlı ittihamı qəbul etmir. Məhkəməsində də deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

Xatırlatma

Martın 17-də səhər saatlarında prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamının icrasına başlanıb.

Dünən, martın 16-da verilən bu sərəncam, ümumilikdə, 431 nəfərə şamil olunur. Onlardan 399 nəfəri vaxtından əvvəl azadlığa çıxır. Bundan başqa, ömürlük azadlıqdan məhrum edilmiş 3 məhbusun cəzası azaldılıb. Habelə, şərti məhkum edilənlərdən də bəzilərinin cəzası ləğv edilib.

Azadlığa çıxanlardan təqribən 50 nəfəri hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladıqları siyahılarda yer alırdı. Bu sərəncama qədər yayılan həmin siyahılarda təqribən 130 civarında şəxsin adı var idi.
Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG