Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:35

Apellyasiya məhkəməsi də Gözəl Bayramlının şikayətini təmin etməyib


Gözəl Bayramlı

Apellyasiya məhkəməsi də siyasətçi xanım Gözəl Bayramlının şikayətini təmin etməyib.

Bakı İstintaq Təcridxasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı ailə üzvləri ilə telefon əlaqəsi saxlaya bilməməsindən şikayətçidir. Sentyabrın 3-də keçirilən prosesdə Sabunçu Rayon Məhkəməsi vəkillərin irəli sürdüyü bu şikayəti geri qaytarmışdı.

Apellyasiya məhkəməsinin hakimi Qail Məmmədovun sədrliyi ilə keçən prosesdə də bundan əvvəlki məhkəmə qərardadı dəyişdirilmədən qüvvədə saxlanıb.

Vəkil Zibeydə Sadıqova məhkəmədən sonra jurnalistlərə bildirib ki, artıq, Gözəl Bayramlının müalicəsinə başlanılıb. Ombudsman Elmira Süleymanova da Bakı İstintaq təcridxanasında AXCP sədrinin müavini ilə görüşüb və onun şikayətlərini dinləyib.
Xanım siyasətçi qıç ağrılarından şikayət edirdi. Onun həbsindən sonra verdiyi bir çox şikayətlər təmin edilməyib.Bura həm saxlanmasından və həm də qəti imkan tədbirindən verilən şikayətlər daxildir.

Xatırlatma

Bu il mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail Rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib. Sonra həbs müddəti artırılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

Hazırda istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG