Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:25

Bələdiyyə deyir kəndlilər, kəndlilər deyir bələdiyyə edir...


"Dar baxış". Şerif. Karikatura.

“Neçə gündür ki, Dövlət Neft Şirkətinin adıyla əkin sahələrimizin altından keçən qaz xətlərini kəsib daşıyırlar. Deyirlər, ‘istifadəsiz, köhnə xətlərdir’. Olsun, kəssinlər, daşısınlar. Ancaq heç olmasa, işi səliqəli görsünlər”.

Bunu AzadlıqRadiosu-na Göyçayın Qaraməryəm kənd sakini Səbuhi Quliyev deyir.

Təqribən bir ay öncə AzadlıqRadiosu-na zəng vuran kəndlilər əkin sahələrindəki su xətlərinin kəsilib satıldığını iddia edirdilər. İndi isə qaz xətləri kəsilib daşınır.

Buna da bax:​ 'Dayaqları məftillərlə sarımışıq ki, körpü aşmasın'

“ÇÖRƏYİMİ TAPDALAYIB KEÇİRLƏR”

Kənd sakini Səbuhi Quliyevin sözlərinə görə, yerin altından çıxarılan qaz xətləri bir şirkətə satılır. Xətləri kəsənlərsə sakinlərə özlərini Dövlət Neft Şirkətinin işçiləri kimi təqdim edir:

“Deyirlər, ‘“SOCAR”ın işçiləriyik, bizə göstəriş verilib, biz də kəsirik’. Gəlin, görün sahələrimizi nə hala salıblar. Çətin bu il ordan məhsul götürə bilək…”

Kəndlilər, əsasən, taxıl əkiblər. İlin-günün bu vaxtı məhsul əl-ayaq altında qalıb. Demələrinə görə, rayon icra hakimiyyətinə müraciətlərinə də baxan olmayıb.

“Günün gündüz çağı əkdiyin taxıl sahəsinə girib qazıb tökürlər, özlərinə lazım olan qaz xətlərini çıxarıb gedirlər. Sanki belə də olmalıdır. Belə də yiyəsizlik olar? Mən borca-xərcə girib orda taxıl əkmişəm ki, ailəmin dolanışığını təmin edim. Hesab edin ki, onlar taxıl sahələrini yararsız vəziyyətə salmaqla mənim çörəyimi tapdalayıb keçiblər”.

Buna da bax:​ 'Qar başlayan kimi işıq kabelini kəsib apardılar'

“ÖZLƏRİ SATIRLAR”

Kənd sakinləri dəymiş zərərin əvəzini tələb edirlər.

Bələdiyyə sədri Fəqan Şamilov AzadlıqRadiosu ilə əlaqə saxlayaraq bunları deyib ki, boruların kəsilib daşınmasını bələdiyyə yox, tamam başqa adamlar həyata keçirir: "Mən özüm bu kəndin çörəyi ilə böyümüşəm, bu işlərdən xəbərim yoxdur, ancaq bu işləri kim görür, vaxtı çatanda hara lazımdır deyəcəm".

Buna da bax:​ 'Min kələk qurub Kazan-Bakı reysini əlimdən aldılar'

Hüquqşünas Vaqif Alıyev kənd sakinlərinə dəymiş zərərin tələbi ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət görür.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG