Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Büdcəyə gömrük ödəmələri artır


Avqust ayında Dövlət Gömrük Komitəsindən (DGK) dövlət büdcəsinə 329 milyon 805,5 min manat daxil olub.

Bu haqda Komitənin məlumatında bildirilir.

Gömrük Xidməti ötən ay gömrük rüsumlarından 85, əlavə dəyər vergisindən 220, aksizlərdən 20, yol vergisindən isə 3 milyondan artıq toplayıb.

Avqust ayı üzrə ödənişlərin məbləği iyul ayının göstəriciləri ilə müqayisədə təqribən 7 milyon manatdan çoxdur. İyulda DGK büdcəyə 322 milyon 161 min manat daxil etmişdi.

DGK-dən büdcəyə bu ilin 8 ayında təqribən 2 milyard 270 milyon manat gəlib.
Bu, ötən ilin eyni dövrünün anoloji göstəricilərindən 30 faizdən artıq çoxdur.
Bu il ölkəyə gələn bir sıra mal və məhsulların gömrük rüsumu artırılıb.

XS
SM
MD
LG