Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:06

Sәhiyyә Nazirliyi: "Yaralanın vәziyyәti kritikdir"


Azərbaycan səhiyyə nazirliyinin binası
Azərbaycan səhiyyə nazirliyinin binası

İyulun 12-dә Goranboyda baş vermiş silahlı insidentdə yaralanan şәxsin vәziyyәti kritikdir.

Bu barәdә Səhiyyə Nazirliyindәn mәlumat verilib.

Məlumatda deyilir ki, Təbriz Əmrahov keçәn gecə xəstəxanaya sol göz yuvasından daxil olub təpə nahiyəsindən keçən odlu silah yaralanması ilə gətirilib. 20 yaşlı gəncin vəziyyəti xəstəxanaya gətirilərkən ağır olub.

--

İyulun 12-də Goranboy rayonunun Goran qəsəbəsində silahlı incident baş verdiyi, bu zaman bir polis və bir mülki vətəndaşın yaralandığı deyilir. Xəsarət alanların hazırda Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi iyulun 13-də birgə məlumat yayıb.

Məlumatda deyilir:

"İyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb səbəbini müəyyənləşdirmək məqsədi ilə onlara yaxınlaşmışdır. Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranmış və onlardan biri - Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxmışdır. Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəymişdir. Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirmişdir".

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, birgə məlumatda deyilir.

Məlumatda DİN və Baş Prokurorluğun məsul əməkdaşlarının Goranboy rayonuna ezam olunduğu qeyd olunur.

Hələ ki, qarşı tərəfin baş verən hadisə ilə bağlı mövqeyini öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG