Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Gömrükdə 41 kq tiryək tutdular


40 kiloqramdan çox narkotik vasitənin gömrükdə saxandığı bildirilir.

Bu barədə bu gün, sentyabrın 2-də Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukrayna vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi Azərbaycandan tranzit keçməklə İrandan Gürcüstana yüksüz gedərkən Astara gömrük-sərhəd buraxılış məntəqəsində saxlanıb.

“ Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib. Bu zaman yük nəqliyyat vasitəsinin dartıcısının tavan hissəsində dördkünc formalı şübhəli cizgilər müşahidə olunub. Yoxlama zamanı, dartıcının tavan hissəsində, xüsusi düzəldilmiş yerdə gömrük nəzərətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü cəmi 40 ədəd yastı dördkünc formalı bağlama aşkar olunub. Sonra həmin bağlamalar açılıb. Hər bir bağlamanın içərisində kəskin iyli, tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryək aşkarlanıb. Qablaşdırılmış bağlamaların ümümi çəkisinin 41 kiloqram 400 qram olduğu müəyyən edilib”, məlumatda yazılıb.

DGK bildirir ki, faktla bağlı araşdırma aparılır.
Nəqliyyat vasitəsinin sürücüsü olduğu deyilən Ukrayna vətəndaşının şəxsiyyəti açıqlanmır. Onun ittihama münasibəti bəlli deyil.

XS
SM
MD
LG