Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:52

Trump-ın MKİ direktorluğuna namizədi ‘işgəncə’ olmayacağını vəd edir


Gina Haspel
Gina Haspel

Prezident Donald Trump-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKI) direktoru vəzifəsinə nominasiyası Gina Haspel vəd edib ki, o bu kəşfiyyat qurumunda əvvəllər işgəncə kimi qiymətləndirilən “gücləndirilmiş dindirmə metodunun” bir daha bərpasına yol verməyəcək.

Hazırda MKİ-nin direktor əvəzi olan Haspel mayın 9-da onun təsdiqi üçün ABŞ Senatında keçirilən dinləmədə bildirib ki, o mənəviyyat baxımından sual doğuran tapşırıqları icra etməyəcək.

Lakin Haspel “Trump hər hansı bir məhbusa su ilə işgəncə (waterboarding) verilməsinə göstəriş verərsə buna əməl edərmi” sualının cavabından yayınıb.

Bu işgəncə növünün tətbiqi zamanı məhbusda elə bir təsəvvür yaranır ki, o suda boğulur. Bu metoddan MKİ-də bir müddət terror şübhələri dindirilərkən istifadə olunub.

Trump özünün seçki kampaniyası zamanı su ilə dindirmə metodunu bərpa edəcəyini və hətta “daha dəhşətli” yenilərinə göstəriş verəcəyini bildirmişdi.

Haspel 2002-ci ildə Taylanddakı gizli saxlama məntəqəsinə rəhbərlik edib. Tənqidçiləri onu dindirmə videolarını 2005-ci ildə məhv etməkdə günahlandırırlar.

Əgər təsdiq olunarsa, xanım Haspel MKİ-nin keçmiş direktoru Mike Pompeo-nun postunu tutacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG