Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:18

ABŞ rəsmisi ilə görüşdə bərpa olunan enerjidən danışılıb


George Kent
George Kent

“Enerji və onun marşrutlarının diversifikasiyası siyasətində Azərbaycan vacib rol oynayır”.

Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşaviri George Kent-in Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşündə belə dediyi açıqlanıb.

Kent-in habelə, ABŞ-ın enerji təhlükəsizliyi ilə bağlı layihələrə mövqeyinin dəyişməz olduğunu vurğuladığı qeyd edilir.

Nazirliyin məlumatına görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib.

Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə, Avropaya qaz nəql edəcək “Cənub Qaz Dəhlizi”nin reallaşmasına ABŞ-ın davamlı dəstəyi yüksək qiymətləndirilib.

Energetika naziri Pərviz Şahbazov “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı son vəziyyət barədə məlumat verib. O, neft-qaz sahəsində uğurlu təcrübənin bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də tətbiqinin nəzərdə tutulmasından, bu istiqamətdə mühüm işlərə başlanmasından bəhs edib.

Görüşdə bərpa olunan enerji mənbələrindən istifadə, elektroenergetika sektorunda islahatlar və qlobal enerji bazarında cərəyan edən proseslərlə bağlı müzakirələr də aparılıb.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşaviri George Kent-in başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir

Onu oktyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyev də qəbul edib.

XS
SM
MD
LG