Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 09:37

Mağazası 'yoxa çıxan' sahibkar hökuməti Avropa Məhkəməsində uddu


Gəncədə söküntü (arxiv fotosu).

Bu gün, martın 30-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı növbəti qərarını elan edib.

Bu haqda məhkəmənin yaydığı press-relizdə bildirilir.

Qərar mülkiyyət hüququnun pozuntusundan verilmiş şikayət əsasında çıxarılıb.

Qərarda göstərilir ki, Gəncə şəhərindən olan kiçik sahibkar İlqar Məhərrəmov həmin şəhərdəki mağazalardan birinin sahibi olub.

Buna da bax:​ Sahibkar: 'Döymədiyim qapı qalmayıb'

2004-cü ildə Gəncənin icra hakimiyyəti qurumları sahibkardan mağazanı boşaltmasını tələb ediblər. Onlar bu tələblərini mağazanın qarşısından keçən avtomobil yolunun genişləndirilməsi ilə izah ediblər.

İ.Məhərrəmov buna etiraz edib, təzminat istəyib. Ancaq onun istəyi diqqətə alınmayıb. Ertəsi gün kiçik sahibkarın dəmir konstruksiyalardan qurulmuş mağazası “yoxa çıxıb”.

İ.Məhərrəmov icra qurumlarının mağazanın sahibinin icazəsi, məhkəmə qərarı olmadan ərazidən götürdüyünü iddia edib. İcra qurumları dəmir konstruksiyalardan qurulmuş mağazanın şəhər kənarına apardığını bildirib.

Buna da bax: Neftçalalı sahibkar: 'Bu adamı qəbul günləri də tutmaq olmur'

İ.Məhərrəmov məhkəməyə müraciət edib. Onu məhkəmələrdə hüquqşünas İntiqam Əliyev təmsil edib.

Yerli məhkəmələr onların heç bir şikayətini təmin etməyib.

Yekunda AİHM-ə şikayət göndərilib. Şikayətdə iddia olunub ki, yerli məhkəmələr qərar verərkən kiçik sahibkarın mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnu pozublar.

Məhkəmədən həmin hüquqların pozuntusunun tanınması və kiçik sahibkara həmin obyektə görə 90 min 322 avro, maddi zərərə görə 90 min 412 avro, mənəvi zərərə görə 10 min avro, hüquq məsrəflərinə görə isə 2534 avro ödənilməsi tələb olunub.

Buna da bax:​ Avropa Məhkəməsinin Azərbaycanla bağlı 15-dən çox qərarı gözlənir

AİHM öz qərarında qeyd edir ki, Azərbaycan dövləti İ.Məhərrəmovun mülkiyyət hüququnu pozub.

Təzminat tələbinə gəlincə, qərarda qeyd edilib ki, məhkəmə bununla bağlı qərar çıxarmağa hazır deyil. Təzminat məsələsi ilə bağlı cavabdeh dövlətlə ərizəçinin razılaşa biləcəyi ehtimal edilir. Bu 3 ay ərzində reallaşmalıdır.

Avropa İnsan Haqları Məhkəməsi-nin aprelin 13-ə kimi Azərbaycandan gələn daha 14 şikayətlə bağlı qərar verəcəyi gözlənilir. Onlardan 8-i 2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlıdır. Daha 6 şikayət isə həbs qərarından verilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG