Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Fevral, Cümə, Bakı vaxtı 12:50

Gəncədən işgəncə şikayəti var


Gəncə şəhərindəki 2 saylı təcridxanada saxlanan Elnur Qəmbərov-un orada işgənəcəyə məruz qaldığı deyilir. Bu iddia ilə E. Qəmbərovun atası Rəhman Qəmbərov çıxış edib.

Onun Azadlıq Radiosuna bildirməsinə görə, oğlu fevralın 1-də pəncərəyə çıxaraq dustaq yoldaşı ilə danışıb, nəzarətçilər onu görüblər və daha sonra isə işgəncəyə məruz qalıb:

“ Fevralın 1-də ona 7 sutka karser cəzası ( cərimə kamerasına salınması) verilib. Elə həmin gün də işgəncəyə məruz qoyulub. Qulağının pərdəsi cırılıb, gözlərinin altı göyərib, dizinə su yığılıb. ”, deyə R. Qəmbərov bildirib.

R.Qəmbərovun deməsinə görə oğlu E.Qəmbərov 2019-cu ilin dekabrın 3-də həbsə alınıb. Ona qarşı cinayət məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurmaq) maddəsi ilə cinayət işi başlanıb və hazırda istinatq altındadır.

Həmin maddə ilə mühakimə edilən şəxsin təqsirli olduğu müəyyən edilərsə, ona üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası verilə bilər.

Penitensiar Xidmətdən cavab

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə bu deyilənləri “Turan” agentliyinə açıqlamasında təkzib edib.

"Heç bir işgəncə faktından söhbət gedə bilməz. Sadəcə daxili nizam qaydası var, hamı ona əməl etməlidir. Ya məhkum və ya da təqsirləndirilən şəxs. Etmədikdə isə qanunverciliyin tələblərinə uyğun tənbeh tədbirləri görülür. Ya töhmət verilir, ya da cərimə kamerasına keçirilir. Lakin heç bir işgəncə faktdan, döyülmədən söhbət gedə bilməz", deyə o vurğulayıb.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG