Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:31

Gəncədə məsciddə azan verilməməsi narazılıq yaradıb


Gəncə. Şah Abbas Məscidi.
Gəncə. Şah Abbas Məscidi.

“Şah Abbas Məscidinə toplaşmışdıq ki, bu gün zöhr azanının verilməməsinin səbəbini öyrənək. Polisləri göndəriblər ki, məscidə toplaşanları dağıtsın”.

Gəncə sakini Abbas Şərifov AzadlıqRadiosu-na bildirib ki, aprelin 19-da saat 13.00-da azan səsi eşidilməyincə məscidə toplaşıblar. İnanclı insanlar azanın verilməməsinin səbəbi ilə maraqlanıblar. Sakinlərin deməsinə görə, onlara bildirilib ki, göstəriş Gəncə şəhər icra hakimiyyətindən gəlib:

Buna da bax:​ Bakıda məscid qalmaqalı [video]

“Deyirlər, başçı belə göstəriş verib. Biz də narazılığımızı bildirdik. ‘Bir məscid başçının göstərişi ilə idarə olunmaz’, - dedik. Qərara aldıq ki, elə məsciddəcə saat 19.54 azanını gözləyək. Ancaq indi polislər tökülüşüb, adamları zorla məsciddən çıxarmağa çalışırlar”.

Gəncə Şəhər Polis Şöbəsindən AzadlıqRadiosu-na bildirilib ki, idarənin bir neçə əməkdaşı məscid ərazisində öz xidmətlərindədirlər və hər hansı qarşıdurma, narazılıq yoxdur.

Buna da bax: 'İlahiyyat məscidi' QMİ-yə verildi

AzadlıqRadiosu Şah Abbas Məscidindən və Gəncə Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət öyrənməyə çalışır.

2015-ci ilin oktyabrında Aşura mərasimi öncəsi həmin məsciddə dindarlarla polis arasında qarşıdurma yaranmışdı. Dindarlar məscidin bağlandığını deyirdilər.

XS
SM
MD
LG