Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:00

Komitə sədri Gəncədəki yürüş haqda: «Belə olmaz»


Gəncədə dindarlarla polis arasında qarşıdurma
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00

Gəncədə dindarlarla polis arasında qarşıdurma

-

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 23-də Gəncədə dindarlarla polis arasında yaşananlara münasibət bildirib. O deyib: «Gəncədə yaşayanlar bilir ki, Şah Abbas məscidindən «İmamzadə»yə qədər olan məsafə çox böyükdür. Bu da yolboyu həm nəqliyyatın, həm də əhalinin hərəkətinə mane ola bilərdi. Ona görə də hüquq-mühafizə orqanları haqlı olaraq yürüşün qarşısını alıb».

QMİ sədri Hacı Allahşükür Paşazadə də bütün müsəlmanlara tövsiyə edib ki, mərasimləri məscidlərdə keçirsinlər: «Bəzilərinin ziyarətgahın, məscidin bağlandığını demələri yanlışdır. Heç kim məscidi bağlamayıb. Mən özüm də demişəm ki, Aşura zamanı «İmamzadə»də toplanın. Ancaq yürüş keçirmək, məsələləri siyasiləşdirmək lazım deyil».

Gəncədə dindarlarla polis arasında qarşıdurma

Oktyabrın 23-də səhər saatlarında Gəncədəki Şah Abbas məscidinin həyətində dindarlarla polis arasında qarşıdurma olub.

Bu haqda AzadlıqRadiosuna adının çəkilməsini istəməyən hadisə şahidlərindən biri məlumat verib:

«Saat 10-11 arası olardı. Bu gün cümə olduğundan camaat da çox idi. Haradasa 100 nəfər adam vardı. Hamı bilir ki, hər il Gəncədə Aşura günü ilə bağlı dindarların yürüşü olur. Bir də gördük polis tökülüb gəldi, əllərində dəyənək. Camaatdan dağılışmağı tələb etdilər. Dindarlar etiraz edəndə, camaatı vurub dağıtmağa başladılar. Daxili Qoşunlardan da çox polis vardı. Deyirdilər ki, «siz yürüş keçirmək istəyirsiniz». Böyük zorakılıq oldu, 26 nəfəri tutub apardılar. Azan verməyə də qoymadılar».

Hadisə şahidinin dediyinə görə, indi məscidin ətrafında çoxlu polis var. Məscidin qapısı bağlanıb.

Gəncə şəhər Polis İdarəsindən AzadlıqRadiosuna hadisə barədə məlumat vermək istəmədilər.

Oktyabrın 24-də Azərbaycanda Aşura mərasimləri keçiriləcək.

XS
SM
MD
LG