Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 05:17

'Gəncə məhbusları'ndan cəzası azaldılanlar var


'Gəncə məhbuslarına azadlıq' tələbi ilə etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

'Gəncə məhbuslarına azadlıq' tələbi ilə etiraz aksiyası (Arxiv video)

Sentyabrın 17-si Ali Məhkəmədə Gəncə hadisələrinə görə məhkum edilən dörd nəfərin cəzası azaldılıb.

Bu barədə insan haqların müdafiəçisi Rəsul Cəfərov məlumat verib.

Qurumun hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasında "Gəncə işi" üzrə azadlıqdan məhrum edilən şəxslərdən bir qrupu ilə bağlı qərar verilib.

Hüquq müdafiəçisinin deməsinə görə, Bəkrəm Əliyevin cəzası 10 ay (15 ildən 14 il 2 aya qədər azaldılıb), Həbib Qurbanovun cəzası 3 il (8 ildən 5 ilə), Mirzə HüseynovAsif Cavadovun isə cəzaları hər biri üçün 6 ay (5 ildən 4 il 6 aya) endirilib.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törədən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilir. Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirib.

Bu il Bakı Ağır Cinayətlər Məhkəməsində Yunis Səfərov ömürlük, onunla mühakimə edilənlər isə müxtəlif müddətlərə həbs cəzası alıblar.

Üç il əvvəl sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilmişdi. Bu hər iki hadisədən sonra ümumilikdə həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara da 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs olunanlar həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

XS
SM
MD
LG