Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:11

Gəncə olayları - Daha iki sayta cinayət işi, yeni həbslər


Foto arxiv
Foto arxiv

Qəsdən yalan məlumat yaydığı bildirilən daha 2 saytın –“gununsesi.info” və “teref.info”nun vəzifəli şəxsləri barəsində də Baş Prokurorluqda cinayət işləri başlanılıb.

Xəbəri AZƏRTAC yayıb.

Məlumatda Gəncə şəhərində baş vermiş hadisələrlə bağlı yeni həbslərin aparıldığı da bildirilir.

Gəncə olaylarında təqsirləndirilən Akif Əliyev hüquq-mühafizə qurumlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edildiyi deyilir.

Ondan başqa, Gəncə hadisələrinin fəal iştirakçıları olduğu deyilən Seymur Əliyev və Elman Rüstəmovun da həbs edildikləri qeyd olunur.

AZƏRTAC-ın məlumatına görə, Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhədini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.

Daha detallı bilgi verilmir.

Buna da bax:"Gəncə hadisələrinə görə axtarılan şəxs öldürülüb"

Xatırlatma

İyulun 3-ə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantına silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Bundan sonra sosal şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirlməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik “radikal dini qrup”un keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu hadisə ilə bağlı 11 nəfərin həbs olunduğu, bir nəfər – Rəşad Böyükkişiyevin isə polisə silahlı müqavimətə görə öldürüldüyü deyilir.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Gəncə olayları barəsində bəzi KİV-lərin vəzifəli şəxsləri, ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıblar.

İndiyə qədər açıqlanmış rəsmi məlumatlara görə, fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Mütəxəssislər bunu söz və ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirirlər.

Hakimiyyət bundan öncə də bir sıra saytların bloklanmasına qərar verib. Beynəlxalq təşkilatlar bu addımı tənqid ediblər.

Buna da bax: "Prezident Gəncədə öldürülən polkovnikləri təltif etdi"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG