Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 10:38

Gəncə hadisələrinə görə axtarılan şəxs öldürülüb


R.Böyükkişiyev və S.İbrahimov
R.Böyükkişiyev və S.İbrahimov

İyulun 10-da Gəncədə baş verən hadisələrin fəal iştirakçılarından 11 nəfər həbs edilib, biri isə öldürülüb.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında belə deyilir.

Öldürülən şəxsin yüksəkrütbəli polis zabitini qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyev olduğu bildirilir.

Məlumata görə, onun Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən olunub və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.

***Buna da bax-Ekspertlər Gəncə hadisələrinin dinlə bağlı olduğuna şübhə edirlər

Məlumatda qeyd olunur ki, Gəncədə polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilib və o, əməliyyat tədbirləri ilə yaxalanıb.

Birgə məlumatda 30 yaşlı R.Böyükkişiyevin əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunduğu qeyd olunur. Onun 2007-ci ildə anasını bıçaqlayaraq öldürdüyü və buna görə həbsdə olduğu da deyilir.

Həbsdən sonra R.Böyükkişiyevin Rusiyaya getdiyi, orada soyğunçuluq törədərək 2015-ci ildə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.

Xatırlatma

DİN iyulun 10-da 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrupun Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərdiyini, bu zaman iki polis polkovnikinin öldürüldüyü haqda məlumat yayıb. Bunlar Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasovdur.

Məlumatda 40 nəfərin saxlandığı, asayişin tam bərpa edildiyi bildirilir.

***Buna da bax-Gəncə müəmması: Məmurların ziddiyyətli açıqlamaları, cavabsız suallar

Baş Prokurorluqda cinayət işi başlanılıb.

İyulun 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd olub. Sui-qəsdi Rusiya vətəndaşı olan, Suriyada təlim keçdiyi bildirilən Yunis Səfərovun törətdiyi deyilir. Rəsmi məlumata görə, o, terror aktı hazırlayırmış və məqsəd ölkədə xaos yaratmaq olub.

Y.Səfərov yerli telekanallara sui-qəsdi törətdiyini etiraf etsə də, digər iddialar haqda heç nə deməyib.

Sui-qəsd cəhdindən bir qədər sonra iyulun 10-da Gəncədə etiraz aksiyası keçiriləcəyi barədə çağırışlar yayılıb. Amma mitinqin nə səbəbdən, hansı qüvvə tərəfindən keçirildiyi bəlli deyildi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG