Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:25

G.Hacıyeva: 'Övladıma...təzyiq gِöstərirlər'


G.Hacıbəyli
G.Hacıbəyli

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli 15-yaşlı oğlu Toğrulun təhsil və istirahət hüququnun məhdudlaşdırıldığını deyir. Onun bildirdiyinə görə, oğlu xarici dil biliyini təkmilləşdirmək üçün Almaniyadakı kurslara getməliydi, lakin icazə verilmir, çünki atasının razılığı yoxdur.

G.Hacıbəyli atası Mahmud Mehdiyevin razılığı olmadan Toğrulun xaricə səfər etmək hüququnun təmin edilməsi üçün məhkəməyə üz tutub. İddiasında da gِöstərib ki, uşağın 1 yaşı olanda valideynlər boşanıb, o vaxtdan atası onunla gِörüşməyib, maraqlanmayıb. Hətta 2014-cü il oktyabrın 24-də Nəsimi rayon İcra Şöbəsinə oğlu ilə görüşməkdən imtina barədə ərizə yazıb göndərib. G.Hacıbəyli həmin ərizəni də iş materiallarına əlavə edib.

Lakin Nərimanov rayon Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Hazırda iş Ali Məhkəmədədir. Sentyabrın 24-də Ali Məhkəmə bu məsələyə baxmalıydı. Amma qarşı tərəf - Mahmud Mehdiyev gəlmədiyinə görə hakim məhkəməni keçirməyib.

«Yeganə səbəb siyasi fəaliyyətimdir»

G.Hacıbəyli etiraz edib, deyib ki, M.Mehdiyev bu işə aşağı instansiya məhkəmələrində baxılanda da cəmi bir dəfə gəlib: «Uşaqla ünsiyyətdən öِzü imtina etmiş birinə görə uşağın hüquqları niyə pozulmalıdır?».

G.Hacıbəyli hesab edir ki, oğlu onun siyasi fəaliyyəti ucbatından təzyiqlərə məruz qalır.

«Həmin şəxsi bəhanə edib, mənim siyasi fəaliyyətimə görə öِvladıma faşist metodlarıyla təzyiq gِöstərirlər. Uşaq dəfələrlə kurs yoldaşlarıyla xaricdə keçirilən yay düşərgələrinə, dil kurslarına getmək istəyib. İstirahətə getmək istəyib. Amma bütün bunlardan mənim ِövladımı məhrum ediblər. Yeganə səbəb də mənim siyasi fəaliyyətimdir», – G.Hacıbəyli AzadlıqRadiosuna belə deyib.

M.Mehdiyev Nəsimi rayon Məhkəməsində dindirilərkən deyib ki, oğlunun xaricə təhsil üçün getməsində başqa məqsədlər var. İddia edib ki, G.Hacıbəyli ata kimi hüquqlarını həyata keçirməkdə ona mane olub.

M.Mehdiyev vaxtilə prokurorluqda işləsə də, sonradan Baş prokuror Zakir Qaralovun əmriylə uzaqlaşdırılıb. O, 2013-cü ildə mətbuat konfransı keçirərək G.Hacıbəylinin ünvanına müəyyən fikirlər səsləndirib. Bir müddət sonra prokurorluğa müstəntiq vəzifəsinə bərpa olunan M.Mehdiyev hazırda da bu sistemdə çalışır.

Təxminən 10 gün ِöncə M.Mehdiyevin anası Nəhayət Məmmədovanın iddiası əsasında G.Hacıbəylidən 50 min dollar tutulması barədə məhkəmə qərarı çıxarılıb. N.Məmmədova iddia edir ki, 2003-cü ildə G.Hacıbəyli evini təmir etdirmək üçün ondan 50 min dollar borc almışdı.

G.Hacıbəyli isə bu iddianın yalan olduğunu, siyasi baxışlarına görə onu cəzalandırmaq üçün növbəti təzyiq forması olduğunu deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG