Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 18:15

Gəncə hadisələri ilə bağlı iki şəxs axtarışda


Axtarılır

Azərbaycan XİN: «Bu, xalqa xəyanətdir»

«Belə provokativ və ölkəmizdə sabitliyi pozmaq məqsədi güdən uğursuz cəhdlər Azərbaycanın inkişafının, güclənməsinin, beynəlxalq nüfuzunun kimlərisə narahat etməsinin göstəricisidir», - Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Nikmət Hacıyev iyulun 11-də keçirdiyi mətbuat konfransında Gəncə hadisələrindən danışarkən deyib.

«Ölkəmiz müharibə vəziyyətində olan dövlətdir. Arxa cəbhədə xidmət başında olan zabitə qarşı hücum bu ön xətdə qulluq edən əsgər və zabitlərə, bütün Azərbaycan xalqına xəyanətdir», - H.Hacıyev bildirib.

Mətbuat xidmətinin rəhbəri, eyni zamanda, «destruktiv əməllər»ə bəraət qazandırmağa çalışan və Qərb ölkələrində gizlənən, «milli satqınlar» adlandırdığı şəxslərin xalq qarşısında utanmalı olduqlarını söyləyib.

+++

İyulun 10-da Gəncədə yüksəkrütbəli iki polis zabitini qətlə yetirməkdə şübhəli bilinən iki şəxs axtarışdadır. Bu haqda Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinın açıqlamasında deyilir.

Axtarışda olan şəxslərin Gəncə şəhər sakinləri, əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad BöyükkişiyevFərrux Qasımov olduğu deyilir.

«Onlarin həbsi üçün intensiv iş aparılır», - açıqlamada qeyd olunur.

İki polis zabiti qətlə yetirilib

Daxili İşlər Nazirliyi Gəncədə iki polis zabitinin öldürüldüyü haqda məlumat yayıb. Bunlar Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovdur.

Nazirlik Gəncə hadisələri haqda deyir ki, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.

***Buna da bax-Əli Kərimli Gəncə olayları barədə: 'Müəmmalar həddən artıq çoxdur'

Məlumata görə, polisin xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər.

40 nəfərin tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirildiyi, qalanlarının qaçaraq ərazini tərk etdiyi qeyd olunur.

Təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayişin tam bərpa edildiyi deyilir.

Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3, 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb.

Gəncədə iğtişaş

İyulun 10-da axşam saatlarında Gəncənin mərkəzində etiraz aksiyasına çıxan bir qrup şəxslə polis arasında qarşıdurma baş verdiyi deyilir.

Sosial şəbəkələrdə həmin aksiyadan çəkildiyi deyilən görüntülər paylaşılıb. Aksiyanın hansı tələblə keçirildiyi haqda hələ ki, dəqiq məlumat yoxdur.

***Buna da bax-Gəncə olayında müəmmalar, verilməyən cavablar...

Qarşıdurmada hətta iki polis əməkdaşının yaralanması haqda xəbərlər yayılıb.

Bütün bunlara aydınlıq gətirmək üçün AzadlıqRadiosunun əməkdaşı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. O, bu haqda rəsmi məlumat veriləcəyini deyib.

«Gəncədə polis əməkdaşına xəsarət yetirilibmi» suallarının cavabında da o, eyni cavabı verib.

APA-nın yerli bürosunun xəbərinə görə, «sayı 200 nəfərə yaxın olan dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qanunsuz aksiya keçirməyə cəhd edib. Lakin polisin həyata keçirdiyi tədbirlər nəticəsində aksiyanın qarşısı alınıb».

Məlumata görə, 30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb.

APA yazır ki, hadisə zamanı iğtişaşçıların iki polis əməkdaşına xəsarət yetirdikləri bildirilir.

Agentliyin yaydığı məlumata görə, hazırda Gəncədə tam sabitlikdir, hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.

Ötən həftə Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd edilib.

Hakimiyyət orqanları sui-qəsdi törətməkdə ittiham olunan Yunis Səfərovu İranda dini təhsil almış radikal islamçı kimi təqdim edir.

Hazırda həbsdə olan Y.Səfərovun özünün bu ittihamlara münasibəti bəlli deyil.

İttihama görə, Y.Səfərov terror aktı hazırlayırmış və məqsəd ölkədə xaos yaratmaq olub.

Həbsdən sonra - iyulun 10-da Gəncədə etiraz aksiyası keçiriləcəyi barədə çağırışlar yayılıb. Bəzi siyasi-ictimai xadimlər, ziyalılar, rəsmilər əhalini bu aksiyada iştirak etməməyə çağırıb.

İyulun 9-da Daxili İşlər Nazirliyi icra başçısı E.Vəliyevin yaralanması ilə bağlı 12 nəfərin həbs edildiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG