Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Gürcüstanda otellər bahalaşıb, amma ora gedənlər yenə də çoxdur


Paşinyandan Qarabağdakı rejimə ittiham: Azərbaycana torpaq vermək istəyirlər...
Gözlə

No media source currently available

0:00 0:15:03 0:00

Paşinyandan Qarabağdakı rejimə ittiham: Azərbaycana torpaq vermək istəyirlər...

Qarşıdan yay mövsümü, yeni turizm sezonu gəlir. Azərbaycan vətəndaşları bu mövsümdə harda istirahət etməyə üstünlük verirlər, ölkənin özündə, ya xaricdə?

Elmira adlı Bakı sakini deyir ki, o xaricə getməyə daha çox üstünlük verir. Niyəsini də belə izah edir ki, Azərbaycanda qiymət baha, keyfiyyət isə aşağıdır:

“3 günə rayonda gedib xərcləyəcəyim pula, mən gedib arxayın İstanbulda özüm üçün gəzərəm. Azərbaycanda qiymətlər elə xaricdəki kimidir. Əsas da yemək bahadır. Qalmaq da baha başa gəlir. Amma keyfiyyət isə aşağıdır”.

“Gersa Travel” Turizm Şirkətinin direktoru Rəvan Qulamlı deyir ki, onlara müraciət edən yerli turstlər daha çox Türkiyəyə getməyə üstünlük verirlər. Onun sözlərinə görə, 2 il öncəyə qədər Gürcüstana da gedənlər çox idi. Amma son vaxtlar Gürcüstanda otellərin qiyməti kəskin bahalanıb. Buna görə də ilbəil ora gedənlərin sayı azalır.

Rəvan Qulamlı deyir ki, bununla belə Gürcüstana gedənlər Azərbaycanı seçənlərdən çoxdur. Bəs, bir həftəlik istirahət Azərbaycanda və digər qonşu ölkələrdə neçəyə başa gəlir?

Qəbələdə 1 həftə 2 nəfər üçün 4 ulduzlu otelə turlar 350-400 dollardır. Bura yol pulu, otel və səhər yeməyi daxildir.

Gürcüstanda isə müxtəlif bölgələrdə 1 həftəlik ortalama qiymət 2 nəfər üçün 700-800 dollardır. Bu qiymətə Gürcüstana gediş-gəliş, otel və səhər yeməyi daxildir.

Türkiyənin Antaliya bölgəsinə isə 1000-1200 dollara 2 nəfər bir həftə istirahət edə bilər. Bu qiymətə də Türkiyəyə gediş və dönüş bileti, otel və gündə 5 dəfə yemək, spirtsiz içkilər daxildir.

Azərbaycan turizminin 72 problemi

Rəvan Qulamlı deyir ki, əslində Azərbaycanda qiymətlər son 3 ildə ucuzlaşır. Onun fikrincə, Azərbaycanda turistlər üçün əyləncə yerləri və digər şəraitlər yetərincə deyil, ona görə xaricə maraq daha çoxdur. Onun sözlərinə görə ən çox təlabat da Türkiyəyədir. Münasib qiymət və keyfiyyətə görə onlara müraciət edən turistlərin 70 faizdən çoxu Türkiyəni seçir.

Bəs, Dövlət Turizm Agentliyi yerli turistləri Azərbaycana cəlb etmək üçün hansı siyasət yürüdür?

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyir ki, Azərbaycan qiymətlərin qonşu ölkələrlə müqayisədə baha olması streoptipdir. O ki qaldı çatışmazlıqların aradan qaldırılmasına Kənan Quluzadə bildirir ki, bu sahədə monitorinq keçirilib. “Azərbaycan turizminin 72 problemi” adlı daxili sənəd hazırlanıb. Onun sözlərinə görə, həmin problemlərin həlli ilə bağlı aidiyatı dövlət qurumları ilə müzakirələr aparılır:

“Biz çox istərdik ki, işadamları 3 və daha aşağı ulduzlu otellərin də tikintisinə sərmayə yatırsın. Bu iş adamların vergi güzəştləri etmək, məsələn 7 il vergilərdən azad olmaq kimi mexanizmlərdən istifadə etmək olar”.

Turizm mütəxəssisi Rəvan Qulamlının fikrincə, münasibət qiymət, yüksək keyfiyyət, yerli turistləri başqa ölkələrə qaçıran əsas səbəb bunlardır:

“Azərbaycanlı turistlərin əksəriyyəti Türkiyənin Antalya, Bodrum, Quş adası bölgələrinə üstünlük verirlər. Bunun da əsas səbəbi orda qiymətlərin münasib olması, yüksək xidmətin göstərilməsidir. Buna görə də yerli turistlərin bu bölgələrə marağı birə beş artıb”.

Amma Dövlət Turizm Agentliyinin məlumatına görə ötən il yerli turistlərin 22 milyon səfəri olub. Onlar 3 milyard manat xərcləyiblər. Ən çox səfər olunan yerlərin ilk üçlüyünə Şəki, Qəbələ və Xaçmaz daxildir.

Bəs, bu qiymətlər sadə vətəndaşları nə dərəcədə qane edir. Bakı küçələrində rastımıza çıxanların fikrini öyrənmişik:

Azərbaycanın bölgələrində otellərdəki qiymətlər sizi nə dərəcədə qane edir?
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Hələ bir neçə il öncə prezident İlham Əliyev də regionlarda aşağı ulduzlu otellərin tikilməsinə ehtiyac olduğunu bildirmişdi. Hətta o yerli sakinləri öz evlərini turistlərə gecələmək üçün təklif etməyə də çağırmışdı.

2016-cı ildə qəbul olunan “Turizm üzrə yol xəritəsi”nin də əsas hədəflərindən biri yüksək xidmət və hər kəs üçün münasib qiymətlərə təkliflərin olmasını təmin etmək idi.

Müstəqil ekspertlər bildirirlər ki, yerli turizmin inkişafı üçün həm də özəl sektora dövlət dəstəyinə, vergi güzəştlərinə və əlverişli kredit siyasətinə ehtiyac var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG