Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:11

İranlı turistlərin pulu, ərəblərin marağı azalıb?


Gəncədə etiraz edən anaları polisə apardılar
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Gəncədə etiraz edən anaları polisə apardılar

Bu ildən Azərbaycanda əbalı, hicablı müsəlman turistlərin sayı azalmağa başlayıb.

Əvəzində ölkədə asiyalı-Çindən, Yaponiyadan gələn turistlər artır və daha da artacağı gözlənilir.

Dövlət statistikasına görə, keçən ilin ilk üç ayı ilə müqayisədə bu ilin yanvar, fevral, mart aylarında turistlərin gəldiyi ölkələr belə dəyişib:

Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlər 28,1 faiz, İraqdan gələnlər 24,8 faiz, Qətərdən gələnlər 48,5 faiz, İrandan gələnlər isə 43,4 faiz azalıb.

Əvəzində Çindən gələn turistlər 46,1 faiz, Yaponiyadan gələn turistlər - 32,5 faiz artıb.

Yeniliklər azdır

İqtisadi təhlilçi Toğrul Maşallı hesab edir ki, müsəlman turistlərin sayının azalması bir neçə səbəblə bağlıdır. Məsələn, iranlı turistlərin sayının azalması bu ölkədəki iqtisadi böhran, milli valyutanın ucuzlaşması ilə bağlı ola bilər.

Toğrul Maşallı deyir ki, iranlı turistlər mart ayında turist statistikasını formalaşdıran əsas qrup idi və 40 faizə qədər azalma yekun statistikaya təsir edib.

Toğrul Maşallı
Toğrul Maşallı

Ümumilikdə bu ilin 1-ci rübündə turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə təqribən 3 faiz azalıb.

Toğrul Maşallı ərəb turistlərinin sayının azalmasını belə izah edir:

“Birləşmiş Ərəb Əmirlikləri və İraqdan gələn turistlərin sayında biz maksimuma çatmışıq. Azərbaycan olaraq biz onlara heç nə təklif etmirik deyə, artıq onlar başqa istiqamətləri seçməyə başlayıblar. Onlar Gürcüstan və digər ölkələri seçməyə başlayıblar. Çünki Azərbaycan yeni bir şey təklif etmir. Hər bir məhsulun bir təklif dövrü var. Növbəti üç ildə bu turistlərin yenidən gəlməsi üçün Azərbaycan gərək yeni məhsul təklif etsin”.

Elə ərəb turistlər var ki, Azərvbaycanda dəfələrlə olublar

Dövlət Turizm Agentliyi AzadlıqRadiosunun sorğusuna cavabında deyib ki, turistlərin sayının azalması iranlı turistlərin sayının azalması ilə bağlıdır. İranlı turistlər isə bu ölkədəki iqtisadi çətinliyə görə tətilə çıxmırlar.

Agentlik bildirir ki, bir sıra ərəb ölkələrindən 100-150 nəfər azalma olsa da, ötən ilin müvafiq dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanı, Hindistan, Pakistan, Çin, Oman, Misirdən gələnlərin sayında artım müşahidə edilir.

Amma son illərdə hökumət halal turizm standartlarının tətbiqi üçün layihəyə başlayıb.

2016-cı ildə Azərbaycanda 10 ölkə üçün viza rejimi sadələşdirilib. Onlardan biri də Omandır. Omanlı turist Süleyman Həmid deyir ki, Azərbaycan gözəl ölkədir, buranı çox bəyənir, amma bəzi dəyişikliyə ehtiyar var:

“Kinoteatlarda filmlər ancaq Azərbaycan, rus və türk dillərindədir. Adam darıxır oteldə, istəyirsən ki, gedəsən kinoya, amma ingilis dilində film göstərmirlər. Başqa bir məsələ əhalinin çox az hissəsinin ingiliscə bilməsidir. Azərbaycana təyyarə biletləri də çox bahadır”.

Bakıdakı turizm şirkətlərindən birinin direktoru Rəvan Qulamlı deyir ki, ərəb turistlərin azalması həm də təbii səbəblərlə bağlıdır:

“Bəhreyn, Qətər kimi ölkələrin əhalisi çox azdır. Elə ərəb ölkəsi vətəndaşı var ki, Azərbaycanda artıq iki və ya üç dəfə olub. Onlar da artıq digər ölkələrə üstünlük verirlər”.

Çinlilər qruplarla gələcəklər

2016-cı ildə Azərbaycanın viza rejimini sadələşdirdiyi 10 ölkə arasında Çin və Yaponiya da var.

Rəvan Qulamlı deyir ki, artıq çinli turistlər Azərbaycana qrup şəklində gəlmək üçün onların da şirkətinə müraciətlər edirlər.

Ötən ilin sonunda isə Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb.

Turizm Agentliyi AzadlıqRadiosunun sorğusuna cavabında bildirir ki, çinli turistlərinin sayının 200 minə çatdırılması nəzərdə tutulur.

“Həmçinin turizm iqtisadiyyatın elə rəqabət qabiliyyətli sahəsidir ki, daim çevik yanaşma tələb edir. Qlobal və regional miqyasda baş verən dəyişikliklər müvafiq olaraq hədəf bazarların və tələbə uyğun təkliflərin dəyişilməsini və uzlaşdırılmasını tələb edir. Bununla belə yeni bazarların axtarışı davam edir. Yaxın zamanda Rusiyanın, BƏƏ, Səudiyyə Ərəbistanı, Hindistan, Çin və Almaniyada daimi turizm nümayəndəliklərimizdən başqa daha bir neçə ölkədə daimi turizm nümayəndəliklərimizin açılması planlaşdırılır”.

Təhlilçi Toğrul Maşallı deyir ki, hələlik çinli və yapon turistlər say etibarilə artsa da, ümumilikdə turizm statistikasına təsir edəcək qədər deyillər.

2016-cı ildə Prezident İlham Əliyev turizmin inkişafına dair strateji yol xəritəsi imzalayıb.

Təhlilçilər bildirirlər ki, Azərbaycanda turizmin inkişafı üçün yalnız Asiya deyil, Avropa ölkələri üçün də viza rejimi sadələşməli, ölkəyə ucuz təyyarə reysləri açılmalı, otelçilik biznesi sərbəstləşməli, bu sahədə çalışan işadamlarına vergi güzəştləri edilməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG