Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:18

Gürcüstanda hakimiyyət-müxalifət danışıqları yenə nəticəsiz qalıb


Parlamentin spikeri Arçil Talakvadze
Parlamentin spikeri Arçil Talakvadze

Gürcüstanın hakim partiyası və müxalifət nümayəndələri arasında Tbilisidəki ABŞ səfirliyində keçirilən danışıqların növbəti raundu da nəticəsiz başa çatıb.

Dekabrın 9-da yer alan bu danışıqlarda oktyabr ayında keçirilmiş parlament seçkisi nəticələrinin doğurduğu fikir ayrılıqları müzakirə olunurdu.

Müxalifət hakim Gürcü Arzusu partiyasını və onun tərəfdarlarını səslərin satin alınmasında, habelə seçicilərin və müşahidəçilərin təhdid olunmasında, səslərin sayılmasında yol verilmiş saxtakarlıqda ittiham edir.

Səkkiz müxalifət partiyası parlamentin dekabrın 11-də keçiriləcək ilk sessiyasını boykot edəcəyini bildirib.

ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən danışıqların 4-cü raundunun çağırılması məhz bu boykot təhdidi ilə bağlı idi.

Hakim partiya geri çəkilmir

Hakim partiyadan parlamentin spikeri Arçil Talakvadze danışıqlardan sonra bir daha bəyan edib ki, onun partiyasına qələbə qazandırmış seçkinin nəticələri etibarlıdır:

"Pandemiyaya baxmayaraq bizim 2 milyon həmvətənimiz seçimlərini edib və bu seçimi şübhə altında qoymağa ehtiyac yoxdur”.

Müxalifət bu iddia ilə razılaşmır və 2021-ci ildə yeni seçkinin keçirilməsini tələb edir.

Mərkəzi Seçki Komissiyasının açıqladığı rəsmi nəticələrə görə milyarder Bidzina İvanişvili tərəfindən maliyyələşdirilən Gürcü Arzusu partiyası səslərin 48.22 faizini qazanıb. Vahid Milli Hərəkat Partiyasının müxalifət bloku səslərin 27.18, Avropa Gürcüstanı Partiyası isə 3.79 faizinə sahib olub.

Daha 6 kiçik partiya

Daha 6 kiçik partiya parlamentə daxil olmaq imkanı verən 1 faizlik baryeri aşıb.

Avropa Gürcüstanı Partiyasının lideri Davit Bakradze dekabrın 9-da deyib ki, iqtidar və müxalifət arasında mümkün yeni seçkilər və müxalifətin siyasi məhbus hesab etdiyi şəxslərin azad olunması məsələlərində fikir ayrılığı davam edir.

O bildirib ki, bu vəziyyətdə kompromis əldə edilməsinin mümkünlüyünə inanır.

Müxalif Vətəndaş Partiyasının lideri Aleko Elisaşvili dekabrın 9-da deyib ki, seçki islahatının keçiriləcəyinə qarantiya verilərsə, o öz deputat mandatını qəbul edəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG