Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 03:55

Tbilisidə polis etirazçıları su şırnağıyla dağıdıb


Tbilisidə etiraz aksiyası, 9 noyabr, 2020-ci il
Tbilisidə etiraz aksiyası, 9 noyabr, 2020-ci il

İnsan haqları təşkilatları polisi nümayişçilərə qarşı gücdən istifadə etməməyə çağırmışdılar

Gürcüstanda Mərkəzi Seçki Komissiyasının istefası və yeni parlament seçkiləri tələb olunan etiraz aksiyası dağıdılıb. Polis bundan ötrü bir neçə dəfə su şırnağından istifadə etməli olub.

İnsan haqları təşkilatları polisi nümayişçilərə qarşı gücdən istifadə etməməyə çağırmışdılar. Ancaq hakim Gürcü Arzusu partiyası bu addımı əsaslandırılmış hesab edir, çünki müxalifətin MSK-nın binasına hücuma cəhd etdiyini bildirib.

Su şırnaqlarından istifadə olunanda etirazçılar MSK binası yaxınlığında quraşdırılmış hasarların yanına yığışıblar. Ancaq binaya, yaxud polisə hər hansı cəhd olunmayıb, AzadAvropa/AzadlıqRadiosu-nun Gürcüstan xidməti bildirir.

Radionun hadisə yerində olan jurnalistlərinin bildirməsinə görə, polis su şırnağından istifadə etməzdən öncə yüzlərlə etirazçıya heç bir xəbərdarlıq səsləndirməyib. Ölkə qanunvericiliyinə görə, bu halda vətəndaşlara xəbərdarlıq olunmalıdır.

Etirazlar bu gün davam etdiriləcək

Ölkədə koronavirus yoluxmalarına qarşı komendant saatının qüvvədə olmasına baxmayaraq müxalifət noyabrın 9-da etirazları davam etdirəcəyini deyib.

Dünən günortadan minlərlə etirazçı müxalifət liderlərinin onların tələblərini səsləndirməsi üçün yığışıb.

ATƏT Gürcüstandakı seçkini ədalətli, müxalifətsə ədalətsiz sayır
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Ölkənin ən böyük müxalifət partiyası olan Birləşmiş Milli Hərəkat (BMH) noyabrın 8-də seçkinin nəticələrini rədd edib. Rəsmi nəticələrə görə, hakim Gürcü Arzusu partiyası artıq üçüncü müddətə seçki qələbəsi qazanıb.

Milyarder Bidzina İvanişvilinin əsasını qoyduğu Gürcü Arzusunun 31 oktyabr seçkisində 48.15, BMH-nın isə 27.14 faiz səs yığdığı açıqlanıb. BMH-nın bəzi keçmiş üzvlərinin qurduğu Avropa Gürcüstanı partiyası isə 3.78 faiz səslə üçüncü yerə çıxıb.

Avropa Gürcüstanın lideri Davit Bakradze noyabrın 2-də deyib ki, parlament seçkiləri “azad və ədalətli olmayıb” və onun partiyası rəsmi nəticələri qəbul etmir.

Seçicilərin 56 faizinin səsverməyə getdiyi bildirilir.

XS
SM
MD
LG