Gürcüstan hökuməti iyulun 1-dən etibarən ölkəyə xarici turistlərin gəlməsinə icazə vermək niyyətindədir.
Baş nazir Georgi Gakharia deyib ki, həmin gündən ölkənin quru və hava sərhədlərinin açılması planlaşdırılır.
Buna bənzər tədbirlərin həyata keçiriləcəyini mayın 7-də Yunanıstan da bəyan edib. Orada da sərhədlər iyulun 1-dən açılmalıdır.
Bununla belə Gakharia deyib ki, təhlükəsizlik tədbirləri də görüləcək:
"Biz bunu qonşu ölkələrlə quru sərhədlərimizdə təhlükəsizlik dəhlizləri yaratmaqla həyata keçirəcəyik. Bundan başqa bizim üçün turizm baxımından maraqlı olan ölkələrlə təhlükəsizlik barədə danışıqlar aparılacaq”.
Gürcüstan hökumətinin planına görə iyunun 15-də ölkədə daxili turizm biznesi açılacaq, iki həftədən sonra isə sərhədlər xarici turistlərin qəbuluna hazır olacaq.
Tədrici açılma
Buna qədər, mayın 11-dən Gürcüstanda ticarət mərkəzləri, geyim və ayaqqabı mağazalarından başqa, bütün istehsalat növləri və mağazalar açılacaq.
Hökumət başçısı bunu da deyib ki, mayın 11-dən Tbilisi və Rustavi, mayın 14-dən Qardabani, mayın 18-dən isə Marneuli arasında bütün hərəkət məhdudiyyətləri qaldırılacaq.
Xəbər verilir ki, Gürcüstanda fövqəladə vəziyyət mayın 22-dək qüvvədə olacaq. Bununla yanaşı ölkədə saat 21-dən – 6-dək davam edən kommendant saatı rejimi tətbiq edilib.
Tbilisi, Rusitavi, Batumi, Kutaisiyə aprelin 15-dən giriş qadağan idi. Bu qadağan Batumi və Kutaisi üzərindən mayın 5-də götürülüb.
Jones Hopkins Universitetinin məlumatına görə Gürcüstanda indiyədək koronavirusa 615 yoluxma, 9 ölüm qeydə alınıb.
275 nəfər sağalıb.