Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:06

Ərini öldürməkdə suçlanan məmur xanımı danışdı


►"Allah şahiddir, hər şeyi görür"

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəis müavini Füzuli İsgəndərovun qətlilə əlaqədar onun xanımının işi üzrə məhkəmə istintaqı başlanıb.

Həyat yoldaşının ölümündən sonra təxminən 7 ay zərərçəkmiş qismində tanınan, sonradan isə təqsirləndirilənə çevrilən Xalidə İsgəndərovanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Martın 11-də keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. İttihama görə, Füzuli İsgəndərovla xanımı arasında ailə məsələlərilə əlaqədar mübahisə yaranıb. Mübahisə zəminində Xalidə İsgəndərova mətbəx bıçağı ilə həyat yoldaşına çoxsaylı zərbələr vurub və Füzuli İsgəndərov evinə bitişik qarajda dünyasını dəyişib.

Xalidə İsgəndərova CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə ittiham olunur.

Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev ittiham aktı elan olunandan sonra Xalidə İsgəndərovaya müraciət edərək, ondan özünü təqsirli bilib-bilmədiyini soruşub. O, suala belə cavab verib: "Mənim heç bir təqsirim yoxdur. Dəfələrlə ifadə vermişəm, hər şeyi də demişəm. Allah şahiddir, hər şeyi görür. Mən qatil deyiləm. Dərindən araşdırma aparılsa, qatilin kim olduğu bilinər. İndi isə susmağı tərcih edirəm".

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Xalidə İsgəndərova barəsində cinayət işi bundan əvvəl bir dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, aparılan istintaq qənaətbəxş sayılmamış və iş yenidən prokurorluğa qaytarılmışdı. Onun vəkilləri əlavə istintaq zamanı da əvvəlki pozuntuların aradan qaldırılmadığını əsas gətirərək, bu dəfə də işin prokurorluğa qaytarılmasını istəyirdilər. Lakin məhkəmə bu dəfə həmin vəsatəti təmin etmədi.

Keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olan Füzuli İsgəndərov 2014-cü il sentyabrın 1-də qətlə yetirilib.

Bu iş üzrə aprelin 8-də keçiriləcək növbəti məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Xalidə İsgəndərova, həmçinin zərərçəkmiş kimi qayınatası dindiriləcək.

Buna da bax:

Gürcüstanda tələbələr etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

XS
SM
MD
LG