Keçid linkləri

2024, 18 İyul, Cümə axşamı, Bakı vaxtı 03:31

İntihar, yoxsa qətl?


Polis
Polis

-

Bakıda naməlum bir adamın özünü 17-ci mərtəbədən atdığı bildirilir.

APA-nın xəbərinə görə, hadisə martın 11-i səhər saatlarında Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 ünvanında qeydə alınıb. 35-40 yaşlarında naməlum kişinin həmin ünvanda yerləşən 17-mərtəbəli binadan özünü ataraq öldürdüyü deyilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Ölümün səbəbi və necə baş verdiyi, hələlik, aydınlaşdırılmayıb. Mərhumun həmin ünvanda yaşamadığı bildirilsə də, üzərində sənəd olmadığı üçün onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

XS
SM
MD
LG