Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 22:46

FTX Solovyovu ‘öldürmək istəyənlərin’ tutulduğunu iddia edir


Vladimir Solovyov aprelin 23-də öz proqramında demişdi ki, “Zelenski ondan şikayətlənir və bu barədə ölçü götürülməsini istəyib”
Vladimir Solovyov aprelin 23-də öz proqramında demişdi ki, “Zelenski ondan şikayətlənir və bu barədə ölçü götürülməsini istəyib”

Solovyov Rusiyada ən qatı teletəbliğatçılardan və Ukrayna ilə müharibənin ideoloqlarından biridir

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Rossiya dövlət telekanalının aparıcısı Vladimir Solovyovu Ukraynanın milli təhlükəsizlik xidməti - SBU-nun tapşırığı ilə öldürməyi planlaşdıran “neonasist” qrupunun həbs olunduğunu xəbər verib.

Bu barədə məlumat FTX-nin yaydığı press-relizdə verilir.

FTX iddia edir ki, saxlananlar Rusiyada qadağan olunmuş National Socialism/White Power qruplaşmasının üzvləridirlər.

Bu da qeyd olunur ki, Rusiya vətəndaşları olan bu şəxslərdən “əldəqayırma partladıcı cihaz və səkkiz Molotov kokteyli, altı PM tapançası, kəsmə ov tüfəngi, RGD-5 qumbarası, mindən çox patron, narkotik maddələr və saxta Ukrayna pasportları” tapılıb.

“Rusiyanın Gebbels analoqu”

SBU bu məlumata cavab olaraq bildirib ki, onlar sistemli şəkildə Ukraynanın təhlükəsizliyini gücləndirməklə məşğuldurlar və “Rusiya xüsusi xidmətlərinin Rusiya auditoriyası üçün uydurduğu fantaziyaları” ciddi şəkildə şərh etmək fikrində deyillər:

"Solovyov ictimai xadim yox, adi təbliğatçıdır – Gebbelsin Rusiya analoqudur və Ukraynanın qələbəsindən sonra öz cinayətləri üçün beynəlxalq məhkəmələr qarşısında cavab verəcəkdir”.

Hələ FTX-nin rəsmi məlumatından əvvəl Rusiya prezindenti Vladimir Putin bu haqda danışmışdı.

O demişdi ki, bu sui-qəsd planının arxasında xarici kəşfiyyat xidmətləri dayanır:

“Onlar indi əlbəttə, bunu boyunlarından atmağa çalışacaqlar, amma faktlar və təkzibedilməz sübutlar var”.

Putinin sözlərinə görə Qərb ölkələri “öz vətəndaşlarını aldadırlar, amma burda Rusiya ərazisində iflasa uğrayırlar və buna görə də terrora keçmək qərarına gəliblər”.

Vladimir Solovyov aprelin 23-də öz proqramında demişdi ki, “Zelenski ondan şikayətlənir və bu barədə ölçü götürülməsini istəyib”.

Lukaşenka dəst-xətti

Solovyov Rusiyada ən qatı teletəbliğatçılardan və Ukrayna ilə müharibənin ideoloqlarından biridir.

Amma 2008-ci ildə Solovyov başqa cür danışırdı:

"Rusiyanın Ukrayna ilə heç bir müharibəsi olmayacaq. Çünki bunu etmək istəyən adam cinayətkar olardı”.

Solovyovun adı Avropa İttifaqının, Britaniyanın, Kanada və Avstraliyanın sanksiya siyahılarına salınıb.

2021-ci ilin iyulunda Belarusun dövlət telekanalları efirə “Belarus vətəndaş özünümüdafiə dəstələri” barədə süjet vermişdi.

Süjetdə bildirilirdi ki, guya Belarusda “destruktiv özəklər” aşlar olunub və guya “Belarusun düşmənləri” barədə materiallar hazırlayan iqtidaryönlü jurnalist Georgi Azarenkoya qarşı sui-qəsd planlarının üstü açılıb.

Alyaksandr Lukaşenka deyirdi ki, “marığa yatan terror dəstələri” aşkar olunub və ölkəyə qarşı Almaniya, Ukrayna, ABŞ, Polşa və Litvaya bağlı “terror” aktları hazırlanır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG