Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:26

ABŞ Rusiyaya qarşı bəzi sanksiyaları yumşaldıb


Moskvada FTX-nin baş qərargahı
Moskvada FTX-nin baş qərargahı

ABŞ Maliyyə Nazirliyi kiberhücumlarda ittihamlarla bağlı Rusiya Federal Təhlükəszlik Xidməti (FTX) üzərinə qoyulmuş bəzi maliyyə sanksiyalarını yumşaldıb.

Bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

Bəzi ekspertlər bunun ABŞ-ın texnologiya şirkərlərinə yardım məqsədilə edildiyini deyirlər.

Fevralın 2-də Xarici Aktivlərə Nəzarət Ofisi tərəfindən verilmiş direktiv spesifik olaraq Federal Təhlükəsizlik Xidmətinə aiddir.

Bu sənəd informasiya texnologiyaları şirkətlərinə Rusiyadan müəyyən informasiya texnologiyalarının idxalına, paylaşılmasına və onlardan istifadəyə icazə verir. Lakin qoyulmuş şərtə görə FTX tərəfindən verilmiş lisenziyaların alınmasına bir təqvim ilində 5 min dollardan çox xərclənməməlidir.

Belə texnologiyaların Rusiyadan alınmasını ötən derkabrın sonlarında Barack Obama qadağan etmişdi. Obamanın bu addımı onun sərəncamında deyildiyinə görə ABŞ kəşfiyyatının Rusiyanın ABŞ seçkisinə haker müdaxiləsi etdiyi barədə gəldiyi nəticə ilə bağlı idi.

Nyu Yorkda mənzillənmiş Horizon Client Access konsaltinq firmasının sanksiyalar üzrə eksperti Sam Cutler AzadlıqRadiosuna deyib ki, sanksiyaların ABŞ şirkətlərinə kömək məqsədi ilə yumşaldıldığını düşünmək olar.

Direktiv sənəddə aydın şəkildə bildirilir ki, “FTX-yə və ya onun adından mal və texnologiyaların ixracı, təkrar ixracı və ya verilməsinə icazə verilmir”.

Buna baxmayaraq bu qərar hər halda FTX və Rusiyanın başqa təhlükəsizlik xidmətlərinin Donald Trump-ın qalib gəldiyi seçkiyə müdaxiləsinin araşdırma altında olduğu vaxtda verilib.

Özünün seçki kampaniyası zamanı Trump bəyan edirdi ki, Ukrayna və Suriya münaqişələrinə görə korlanmış ABŞ-Rusiya münasibətlərinin yaxşılaşdırılmasını istəyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG